Posts

Showing posts from November, 2019

“Beynəlxalq Könüllülər Günü” "Paddock Club"da❗

Image
Salam dostlar, Sizin üçün - “Beynəlxalq Könüllülər Günü” "Paddock Club"da❗ 5 dekabr saat 🕙 10:00-da 📍 "Paddock Club"da gənclər üçün tam fərqli və maraqlı formatda “Beynəlxalq Könüllülər Günü” tədbirimiz keçiriləcək. Tədbirə qoşulmaqla müxtəlif hədiyyələr, yeni tanışlıqlar, maraqlı keçirəcəyiniz vaxt və möhtəşəm spikerlərin təlimlərində iştirak etmək şansı əldə edəcəksiniz. 🔽 Spikerlərimiz: 1) Bəxtiyar Aslanbəyli - BP şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti ➡ Mövzu: Əmək bazarının dəyişən tələbləri 2) Zaur Darabzadə - "Cinema Plus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü ➡ Mövzu: Motivasiya və fərdi inkişaf Tədbirdə spikerlərə gələcək inkişafınız üçün sizi maraqlandıran suallar vermək və yeni məlumatlar əldə etmək fürsəti əldə edəcəksiniz. ⏰ Tədbirdə iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyə tələsin: 🔗 http://bit.ly/2OuJKYu

XƏYALınızı HƏDƏFə çevirin🎯" şəxsi inkişaf seminarı

Image
XƏYALınızı HƏDƏFə çevirin🎯" şəxsi inkişaf seminarı Sizləri İkiGAI klubu tərəfindən Bakı Mühəndislik Universitetində keçirilən "XƏYALınızı HƏDƏFə çevirin" şəxsi inkişaf seminarına dəvət edirik. Seminarda öyrənəcəksiniz:  🤔 Xəyallarımızı necə hədəfə çevirək? 🤔 Həyatda uğursuzluqlarla necə mübarizə aparaq və necə motivasiyamızı artıraq? 🤔 Realist motivasiya nədir? 🤔 Bu həyat yolunda uğursuzluğa uğramağına rəğmən ruhdan düşməyən və məqsədinə çatıb xoşbəxt olan insanların həyat hekayələri 💡 Seminarın sonunda isə universitetimizin tələbəsi Cahanbanu Quliyeva izləyicilər üçün mahnı ifa edəcək🎙️🎶 💡 İştirakçılara psixoloqdan imzalı sertifikat veriləcək 💡 Auditoriyanın seminarı necə mənimsədiyini yoxlamaq üçün kiçik bir psixoloji oyun keçiriləcək. 🎁Oyunun qalibinə klubumuz tərəfindən powerbank hədiyyə ediləcək. Spiker:  📌 Gülnarə Məmmədova - Psixoloq, təlimçi, motivator 👍🏻 10 ildən artıqdır motivator, 6 ilə yaxındır təlimçi kimi fəaliyyət göstərir.  👍🏻 "Xəyalı...

Təhsil Evi Tədris mərkəzində Reception vəzifəsi üzrə vakansiya elan olunur.

Image
Təhsil Evi Tədris mərkəzində Reception vəzifəsi üzrə vakansiya elan olunur. Tələblər: - Yaş həddi 22- 32.  - Ali təhsil.  - Mükəmməl Azərbaycan və rus dili bilgiləri.  - Analitik düşünmə qabiliyyəti.  - Yüksək səviyyədə danışıq qabiliyyəti, ünsiyyət qurma bacarığı, məsuliyyətlilik. - Ofis proqramlarında və ofis texnikası ilə işləmə qabiliyyəti.  - İş təcrübəsinin uyğun sahə üzrə 1 ildən çox olması.  - Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: • Resepşn ərazisinin təhlükəsizliyini və sənədlərin məxfiliyinin qorunması.  • Mərkəzə gələn müştəri və qonaqların ilkin məlumatlandırılması və istiqamətləndirilməsi.  • Daxil olan telefon zənglərinin cavablandırılması və tələb olunan istiqamətlərə yönləndirilməsi.  • Həftədə 6 iş günü, saat 9:00-dan 19:00-dək. Mövzu xəttində "RECEPTİON" göstərərək, CV-lərinizi tehsilevi@gmail.com email ünvanına göndərməyiniz xahiş olunur.

ƏJDAHA sifarişlərin qəbulu və yönləndirilməsi üçün operator vəzifəsinə namizədlərin axtarışındadır!

Image
2017-ci ildən etibarən fəaliyyət göstərən, yerli fast food brendi olmaqla, paytaxtda bir neçə filiallara sahib olan ƏJDAHA sifarişlərin qəbulu və yönləndirilməsi üçün operator vəzifəsinə namizədlərin axtarışındadır! Tələblər: - Mükəmməl Azərbaycan və Rus dili biliyi; - Səlist nitq bacarığı; - Müştəri yönümlü olmaq və konfliktləri həll etmə bacarığı; - Səbrli və stressə dayanıqlı. Vəzifələr: - Müştərilərdən daxil olan sifarişlərin qəbulu və yönləndirilməsi; - Lazım olduqda müştərini yeni təkliflər və ya məhsullar haqqında məlumatlandırmaq;  - Müştəri şikayətlərini və şərhlərini lazım olduqda yönlədirmək və ya həll etmək. İş şəraiti: İş qrafiki növbəlidir və ofis daxilidir 1-ci növbə 11:00- 19:00, 2-ci növbə 12:00-20:00, 3-cü növbə 15:00-23:00 ⠀ Əjdaha kimi komandamızın üzvü olmaq istəyən, enerjili, pozitiv, məsuliyyətli olan hər kəsi CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə applicants@ajdaha.az e-mail ünvanına göndərməyi təklif edirik!

Müştərilərlə əlaqə meneceri axtarılır

Image
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi “Müştərilərlə əlaqə meneceri” üzrə vakansiya elan edir! İş haqqında məlumat: • Ofisdaxili tədbirlərin planlaşdırılması və təşkili • Müştərilərlə müqavilə bağlanılması, ödənişlərə nəzarət, qəbulu və qeydiyyatı • Ofisdaxili müştərilərə diqqət ayırmaq və ehtiyaclarının təmin olunması • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq • İş qrafiki: I-VI günlər saat 09:30-dan 19:30-dək • İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 4/6 Tələblər: • Ali təhsil • Rus dili arzuolunandır • Sosial aktiv olması mütləqdir • Müştərilərlə əlaqə üzrə iş təcrübəsi • MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı • Təşkilatçılıq və liderlik bacarığı Zəhmət olmasa, CV-lərinizi info@taim.az ünvanı göndərin və mövzu (subject) yerinə “Müştərilərlə əlaqə meneceri” qeyd edəsiniz. Təşəkkür edirik! Bizimlə əlaqə: +994 77 497 00 81 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli küçəsi 4/6

Beynəlxalq Onkoginekologiya Konfransı 2019

Image
Beynəlxalq Onkoginekologiya Konfransı 2019 Konfransda Azərbaycan, Türkiyə, Rusiya Federasiyası və İngiltərədən mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. Konfrans Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənir və Cəmiyyətin nümayəndəsi tədbirdə iştirak edəcək. Tədbirdə iştirak pulsuzdur. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. https://eduonline.az/2019/11/23/beyn%c9%99lxalq-onkoginekologiya-konfransi-2019/

İdman yarışında könüllü ol!

Image
15 dekabr 2019 tarixidə Su İdman Sarayında keçiriləcək yarış üçün könüllü olmaq üçün qeydiyyatdan sən də keç! Qeydiyyat Linki:  https://forms.gle/76wUjYnTcaZgXqnw8 Bütün könüllülər Sertifikatla təltif olunacaqlar

Əziz Tələbələr! Sizləri *TEC TUDİFAK* təşkilatçılığı ilə keçirilən Talk From Business * layihəsinə dəvət edirik.Layihənin spikerləri: 🔻 *Elvin Dadaşsoy* -Panda School MMC CEO. Business Coach 🔻 *Hüseyn Hümbətov* - Saat Store CEO, Sahibkar.

Image
Əziz Tələbələr! Sizləri *TEC TUDİFAK* təşkilatçılığı ilə  keçirilən *"Talk From Business"* layihəsinə dəvət edirik.  Hər bir gəncin öz biznesini qurmaq istəyi  və bunu gerçəkləşdirmək arzusu olduğunu bilirik. Bunun üçün öz biznesində uğur qazanmış 6 möhtəşəm spiker  7 dekabr "Talk From Business" layihəsində uğurlarını və sirlərini sizlərlə bölüşəcəklər. Layihənin spikerləri:  🔻  *Elvin Dadaşsoy* - "Panda School" MMC CEO. Business Coach 🔻 *Hüseyn Hümbətov* - "Saat Store" CEO, Sahibkar. 🔻 *Cəlalə Nəzəroğlu* - "Diksiya Akademiyası" MMC-nin təsisçisi və "Libraff" mağazalar şəbəkəsinin direktoru 🔻 *Çimnaz Qasımova* - "Opalus Partners Group" CEO. HR Consultant, Business Trainer 🔻 *Tural Dünyamalıyev* - ARGE Group founder  🔻 *Zəfər Məmmədov* - "Zəfəroğlu" inşaat CEO. Biznesmen 🗓 *Tarix*: 7dekabr ⏰ *Saat*: 11:00 📌 *Məkan*: UNEC/IV Tədris Binası/Akt zalı 📝 *Qeydiyyat linki*:  https://forms.gle/diUUgvjFJj7qE...

Operator tələb olunur.

Image
Struktur bölmə: Satış şöbəsi Vəzifə: Onlayn satış operatoru Əmək haqqı: 500 AZN İş saatları (iş rejimi): həftənin 5 günü, saat 09:00-18:00 Əsas vəzifə öhdəlikləri: Gündəlik zənglərin qəbul edilməsi; Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi; Öhdəsinə düşən hesabatların vaxtında hazırlanması. Namizədə olan tələblər: Cinsi: Qadın; İş təcrübəsi: Ən azı 1 illik iş təcrübəsi tələb olunur; Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili mütləqdir; Kompüter bilikləri: Word, Excel, PowerPoint, Outlookdan sərbəst istifadə etmə bacarığı. Vakansiya üçün müraciət qaydası: CV-lər “Onlayn satış operatoru” mövzusu ilə s.arzu@gardashlar.com elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Baku IdeaLab Yunus Social Business Centre UNEC ilə birgə əməkdaşlıq çərçivəsində Sosial Biznes Məktəbinə (SBM) müraciətləri qəbul edir.

Image
Dəyərli Dostlar,  Baku IdeaLab Yunus Social Business Centre UNEC ilə birgə əməkdaşlıq çərçivəsində Sosial Biznes Məktəbinə (SBM) müraciətləri qəbul edir. Sosial Biznes Məktəbi (SBM) iştirakçılara sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqları öyrətmək və öz sosial bizneslərini qurmaqda dəstək vermək məqsədi daşıyır. Proqramda iştirak etmiş iştirakçılar sonda öz sosial biznes idealarını həyata keçirmək üçün dəstək alacaqlar. Başlama tarixi: 2 Dekabr; Müraciət üçün son tarix: 27 Noyabr 2019. Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur: https://forms.gle/ozpb4RWcesTZaxKHA) #Könüllüsən #Konullusen

Türk Filmləri Festivalı (Giriş Sərbəstdir)

Image
Nizami Kino Mərkəzində 25-29 noybabr tarixlərində Türk filmləri festivalı start verir.Giriş sərbəstdir.

Cavan “Music Battle” layihəsinə start verir!

Image
Artıq həftəsonlarını planlamaqda çətinlik çəkməyəcəksiniz! Hamımız birlikdə əylənəcəyik! 💃🕺 Bu dəfə Azərbaycanda heç zaman olmayan, tam fərqli bir layihə ilə qarşınızdayıq. 💥 Layihənin formatına əsasən iştirakçılar üç hissədən ibarət olan tar və gitara ifaçılarının yarışmasını izləyəcəklər. İlk hissə ifaçılar tərəfindən öncədən hazırlanan musiqilərin ifası, ikinci hissə musiqi parçalarının qarşılıqlı ötürülməsi ilə davam edəcək. Üçüncü mərhələdə musiqiçilər onlara öncədən bəlli olmayan musiqi nömrələrini səsləndirəcəklər. Yarışma başa çatdıqdan sonra iştirakçılar üçün xüsusi party təşkil ediləcək. Qeyd edək ki, layihə çərçivəsində ilk həftə olduğu kimi növbəti həftələrdə də, gənclərin iştirakı ilə musiqi yarışları təşkil ediləcək. Layihənin ilk həftəsi 24 noyabr tarixində ⏰ 19:00-da baş tutacaq. Layihədə iştirak üçün heç bir ödəniş tələb olunmur.

“Erasmus+” proqramından gənclərə beynəlxalq layihə

Image
“İrəli” İctimai Birliyi, “International Centre for Peace and Integration” və “SOF İtaly” təşkilatlarının həyata keçirdiyi “DIGITAL MEDIA TOOLS FOR SUCCESSFUL DISSEMINATION” adlı beynəlxalq layihəyə gənclərimizi qeydiyyatdan keçməyə dəvət edir! Layihə Avropa Birliyinin “Erasmus+” proqramının dəstəyi ilə 12 – 18 mart 2020 tarixində Gürcustanın Bakuriani şəhərində keçiriləcək. Layihə qeyri-rəsmi öyrənmə metodikasını istifadə edərək, Sosial Media idarəetmə bacarığını inkişaf etdirməyə, reklam yaratmaq üçün faydalı və çevik vasitələrlə tanış olmaqa və mədəniyyətlərarası mübadilənin, tolerantlığın, həmrəyliyin təşviq edilməsinə yönəlib. Sosial Media idarəetmə bacarığını inkişaf etdirmək, sosial şəbəkələr üçün məzmun hazırlamağın innovativ yollarını araşdırıb, öyrənmək istəyən gənclər, bu layihə sizin üçündür! Layihədə Azərbaycan nümayəndələri ilə birlikdə 6 ölkədən nümayəndələr də iştirak edəcəklər. Tarix: 12 – 18 mart 2020 Məkan: Bakuriani, Gürcustan Xərclər: Yol xərci Erasmus + qaydaları...

"Mən Bunu Bilsəydim..." tədbiri

Image
4 fərqli spiker, 4 fərqli mövzu ilə "Mən Bunu Bilsəydim" qarşınızda! #MənBunuBilsəydim nədir? "Davos" formatında baş tutacaq "Mən Bunu Bilsəydim" adlı tədbirdə uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul 4 sahibkar olan öz bilik və iş təcrübələrini bölüşməklə yanaşı sizi maraqlandıran mövzulara toxunacaq. 2 saat davam edəcək panel müzakirələrində spikerlərin təcrübələrini eşitməklə yanaşı onlardan "Mən Bunu Bilsəydim..." deyərək başladıqları cümlənin davamını da eşidəcəksiniz. Tarix: 20.11.2019 | 10:30 Məkan: Landmark III, Rotunda Hall Qeydiyyat: www.mbb.youthinc.az "Mən Bunu Bilsəydim" adlı panel müzakirələrinin aparılacağı tədbir Azərbaycan Sahibkarlar Konfederasiyası nın, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOB Azərbaycan / SMB Azerbaijan ) və " Youth Inc. " Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə "Qlobal Sahibkarlıq Həftəsi" çərçivəsində həyata keçirlir.

İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunda iş imkanı

Image
Daxili nəzarət sektoruna kassa (bilet) nəzarətçisi Tələblər: - orta təhsil (ali təhsil arzuolunandır) - Azərbaycan və rus dillərini yaxşı bilən. ( İngilis dili arzuolunandır) - Ayaqüstü iş rejiminə dözümlülük Vəzifələr öhdəlikləri : - Muzeyə gəlmiş qonaqlara ,muzeydə iş rejiminə, kassa/ bilet satışına nəzarət. - Nəzarət məqsədləri üçün rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrasında köməklik göstərmək. İş barədə məlumat: - İş yeri İçərişəhər və Qala kəndləri ərazisindədir. - Əmək haqqı -400 azn Qeyd: Uyğun namizədlərdən  hr@icherisheher.gov.az  elektron ünvanına mövzu yerinə “ Nəzarətçi ” yazaraq CV göndərmələri xahiş olunur Son müraciət tarixi: 21.11.2019

Bakı Amerika Mərkəzində KÖNÜLLÜ ol!

Image
Əziz tələbələr! Bakı Amerika Mərkəzi Texniki İnnovasiyalar Mərkəzi KÖNÜLLÜ axtarışındadır! 6 aylıq könüllülük proqramına qoşulun və Bakı Amerika Mərkəzi ailəsinin bir üzvü olun Əgər Siz: - Yaradıcı və iddialısınızsa - Texniki elmlər üzrə təhsil alan 2, 3, 4-cü kurs tələbəsinizsə - İngilis dilində Intermediate və yuxarı səviyyədə danışa bilirsinizsə - Öz sahənizdə təcrübə qazanmaq istəyirsinizsə - Komandada işləməyə hazırsınızsa CV-nizi americancenterbaku@gmail.com ünvanına MAKER SPACE VOLUNTEER başlığı ilə göndərin. Siz: •Maker Space Mərkəzində tədbirlərin planlaşdırılması, təşkil olunması və keçirilməsində Mərkəz işçilərinə və digər könüllülərə kömək edəcəksiniz •Sizə xüsusi təlim keçildikdən sonra yaradıcı uşaqlar üçün dərslər keçəcəksiniz •Gələn qonaqlarla söhbət edəcək və mərkəz haqqında məlumat verəcəksiniz •Məkanın təmizliyinə və səliqəsinə nəzarət edəcəksiniz Proqramı uğurla başa vuran könüllülərə sertifikat və xasiyyətnamələr veriləcək. Müraciət üçün son tarix: 24 noyabr, 2019

Bakı Amerika Mərkəzi KÖNÜLLÜ axtarır.

Image
Əziz tələbələr! Bakı Amerika Mərkəzi Texniki İnnovasiyalar Mərkəzi KÖNÜLLÜ axtarışındadır! 6 aylıq könüllülük proqramına qoşulun və Bakı Amerika Mərkəzi ailəsinin bir üzvü olun Əgər Siz: - Yaradıcı və iddialısınızsa - Texniki elmlər üzrə təhsil alan 2, 3, 4-cü kurs tələbəsinizsə - İngilis dilində Intermediate və yuxarı səviyyədə danışa bilirsinizsə - Öz sahənizdə təcrübə qazanmaq istəyirsinizsə - Komandada işləməyə hazırsınızsa CV-nizi americancenterbaku@gmail.com ünvanına MAKER SPACE VOLUNTEER başlığı ilə göndərin. Siz: •Maker Space Mərkəzində tədbirlərin planlaşdırılması, təşkil olunması və keçirilməsində Mərkəz işçilərinə və digər könüllülərə kömək edəcəksiniz •Sizə xüsusi təlim keçildikdən sonra yaradıcı uşaqlar üçün dərslər keçəcəksiniz •Gələn qonaqlarla söhbət edəcək və mərkəz haqqında məlumat verəcəksiniz •Məkanın təmizliyinə və səliqəsinə nəzarət edəcəksiniz Proqramı uğurla başa vuran könüllülərə sertifikat və xasiyyətnamələr veriləcək. Müraciət üçün son tarix: 24 noyabr, 2019

PAŞA Sığorta şirkəti “İnformasiya Texnologiyaları və İnnovasiyalar” departamenti tərkibində yeni yaradılan aşağıdakı vəzifələr üzrə vakansiya elan edir:

Image
PAŞA Sığorta şirkəti “İnformasiya Texnologiyaları və İnnovasiyalar” departamenti tərkibində yeni yaradılan aşağıdakı vəzifələr üzrə vakansiya elan edir: • İnformasiya Sistemlərinin İdarəolunması şöbəsində proqramçı • İnformasiya Sistemlərinə dəstək üzrə mütəxəssis • İT biznes analitik • Sistem administrator • Verilənlər bazası üzrə inzibatçı • İnformasiya Sistemlərinin İdarəolunması şöbəsində proqramçı • İnformasiya Sistemlərinin İdarəolunması şöbəsində baş proqramçı • SQL proqramçı Maraqlananlar linkə klik edərək uyğun vəzifəni seçdikdən sonra müraciət formasını doldura bilərlər. https://www.pasha-insurance.az/career/?fbclid=IwAR2-4U6ViV62OoLNjMXXE6rYyQb7R_hXrH1YR6mxmXW0nDKigF0mh3Sl-KE

Satış təmsilçisi namizədləri üçün Vakansiya

Image
Satış təmsilçisi Namizədə tələblər: - Təhsil – Ali (tələbələr də müraciət edə bilər); - Yaş - 18-30; - Cinsi - Xanım; - İş təcrübəsi – 1 ilə qədər; - Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir); - Xoş və səliqəli zahiri görünüş; - Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı; - Səbrli, nəzakətli, işgüzar və hədəf yönlü; - Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar. İş barədə məlumat: - Təlim və xidmətlərinin satışı üçün potensial müştərilərin cəlbi; - Mövcüd və potensial müştərilərə təlim və xidmətlər barədə məlumatların verilməsi; - Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; - Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi; - Şirkətin təqdim etdiyi bütün təlim və xidmətlərin xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı. -  İş qrafiki:  1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-13:00 - Əmək haqqı - 200-250 AZ...

Var-All Qubada! Gənclər üçün xüsusi imkan!

Image
Var-All Qubada!😍 Var-All-un ilk istiqaməti, əsrarəngiz gözəlliyi ilə göz oxşayan Quba şəhərinədir! Kim deyir ki,öyrənərək əylənmək olmaz?!🤔 Bir gün ərzində təxmin edə bilməyəcəyiniz qədər əylənərək, payızın ən gözəl və unudulmaz gününü yaşamaq istəyirsinizsə, bizə qoşulun. İmtahan qabağı stressdən və gərgin iş rejimindən sıxılanlar, eyni zamanda, qızıl payızdan zövq almaq  istəyənlər, bu SƏYAHƏT məhz sizin üçündür! Quba səyahətində sizi nələr gözləyir: ✅Səhər yeməyi ✅Quba gəzintisi ✅Motivasiya təlimi ✅Nahar yeməyi ✅Kvest oyunu ✅Çay süfrəsi ✅Stand-up şou(Erkin Ergin) ✅Rəqs ✅Musiqi ✅Dj Kamo ✅Fotosessiya ✅Bol əyləncə ✅Maraqlı sürprizlər... İŞTİRAK ÖDƏNİŞLİDİR. Ödəniş üçün aşağıda qeyd edilən nömrə ilə əlaqə saxlayın. AzGİP adından müraciət edən şəxslərə xüsusi endirim olacaqimkan Dünyanın tanınmış motivasiya yönümlü natiqi Nik Vuyçiç belə deyir: ”Həyatımın ilk mərhələlərində həyatımı dəyişəcək möcüzəni gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm” Siz də həyatınızda b...

ATL Academy ÖDƏNİŞLİ Təcrübə Proqramı elan edir!

Image
ATL Academy “ Buddy System ” üzrə təcrübə proqramını elan edir. Təcrübə proqramında gənclər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər : 1. İctimaiyyətlə Əlaqələr 2. Layihələrin idarə olunması 3. Sosial iş Seçim iki mərhələdən ibarət olacaq: 1-ci mərhələ: Müraciətlərin qəbulu; 2-ci mərhələ: Fərdi müsahibələrin keçirilməsi. Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər ATL Tech və ATL Academy tərəfindən şəhadətnamə ilə təltif olunacaqlar. Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar: – 20-24 yaş aralığında olmalı; – İşində yüksək motivasiyalı olmalı; – Təşəbbüskar , məsuliyyətli və dürüst olmalı; – Komanda ilə işləmə bacarığı olmalı; – Kompüter bacarığı (Microsoft Office) olmalı ; – Yarım iş günü ( Part-time ) imkanına malik olmalı ; Qeyd : - Təcrübə proqramı ödənişli əsaslarla həyata keçirilir ; - Gənclərə təcrübə keçməklə yanaşı proqramlaşdırma sahəsində praktiki bacarıqlara yiyələnmək, daxili təlimlərdə iştirak etmək, peşəkarlarla b...

MS Excel proqramı üzrə təlimçi

Image
Boston Training Center aşağıdakı vakansiya üzrə müsabiqə elan edir: MS Excel proqramı üzrə təlimçi. Əmək haqqı: 300-1500 azn İş barədə məlumat: - MC Excel proqramı təlimlərini ən aşağı səviyyədən advanced səviyyəyə qədər tədris etməlidir - Dərslərin nəzəri və praktiki keçilməsi - Fərdi və qrup şəklində tədris bacarığı - İşə ciddi və məsuliyyəti yanaşma - İş qrafiki: Sərbəst Tələblər: - MS Excel proqramı üzrə beynalxalq sertifikatları olanlara üstünlük verilir - İngilis və Rus dili biliklərinin olması üstünlükdür - Nəticə yönümlü fəaliyyət bacarığı - Düzgün və səmərəli ünsiyyət bacarığı. Uyğun namizədlər öz CV-lərini- cvbostontraning@gmail.com ünvanına göndərə bilərlər.

NAYORA'da iş imkanı

Image
Verilən məlumatlara əsasən müstəqil şəkildə təşkilatın fəaliyyəti və təşkilatın layihələri haqqında müxtəlif formatda PR xəbərlər, mətnlər, məqalələr yazmaq. Əsas öhdəliklər: PR və reklam işlərinin aparılmasına birbaşa nəzarət edilməsi; PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarət; Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması; Təşkialtın vebsaytı ilə işləmək, yazılmış şərhlər və müraciətləri cavablandırmaq (content management); Media əlaqələrin yaradılması; Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi və sualların cavablandırılması (SMM sahəsində təcrübəsi olması arzuolunandır); Videoçarx, poster və dizayn işlərinin hazırlanmasında iştirak; Yerinə yetirilmiş işlər barədə müntəzəm olaraq hesabatlar (gündəlik, aylıq və rüblük) vermək; İş günləri: 1-5-ci günlər 9:00-18:00. Tələblər: Ali təhsil; Ünsiyyət yaratmaq bacarığı; İşə planlı yanaşmaq bacarığı; Komandada işləmə bacarığı; Gənclərlə iş sahəsində təcrübə; Xarici səfərlər üçün münasib ol...

İdeyalarınızı sosial video çarxa çevirin

Image
Gənclər Vətəndaş Jurnalistikasında 18-30 yaşlı gənclərin nəzərinə! Bu layihədə iştirak etməklə siz sosial problemlərlə bağlı ideyalarınızı sosial video çarxa çevirə bilərsiniz. Necə? İki ay davam edəcək təlimlərdə siz video çəkiliş və montaj (Adobe Premiere) qaydalarını öyrənərək, öz qrupunuzla sosial çarx çəkəcəksiniz. Təlimlərdə iştirak üçün jurnalistika fakültəsinin məzunu və ya jurnalist olmağınız şərt deyil. Yeganə şərt öyrənməyə meyilli və sosial problemlərin həllində maraqlı olmağınızdır. Əgər siz də yeni bacarıqlar əldə edərək cəmiyyətə faydalı olmaq istəyirsinizsə, aşağdakı sualları cavablandıraraq bizə müraciət edin. Təlimlər ödənişsizdir və həftədə iki dəfə olmaqla 3 saat davam edəcək. Praktika zamanı texnika tərəfimizdən qarşılanacaq. Son müraciət tarixi: 13 noyabr ( saat 23:59-dək) , 2019 Ünvan: Vətəndaş Hüquqları İnstitutu. Adress Bakıxanov küç, mənzil 4. https://docs.google.com/forms/d/e/1FAIpQLSc-tB8LLxj92u1qUvbqg6agfw59IFRRs1CzAbXXx68vCwarSQ/viewform

"Kaspi" Təhsil Şirkəti 2019-2020-ci tədris ili üçün Təcrübə Proqramı elan edir!

Image
"Kaspi" Təhsil Şirkəti 2019-2020-ci tədris ili üçün  Təcrübə Proqramı elan edir!   Artıq 6-cı ildir ki, həyata keçirilən “Kaspi” Təcrübə Proqramının əsas məqsədi ali məktəblərin son kurs tələbələrinə və yeni məzun olmuş şəxslərə öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı yaratmaq, cəmiyyətdə ixtisaslı kadrların formalaşmasına dəstək olmaqdır.   İnzibati və pedaqoji olmaqla 17 sahəni əhatə edən Təcrübə Proqramını uğurla başa vuran təcrübəçilər sonda işlə təmin olunmaq imkanı əldə edəcək.    Ətraflı: https://lop.by/CPO

Beynəlxalq Bank`da gənclərə təcrübə imkanı

Image
“Azərbaycan Beynəlxalq Bankı” ASC  Bankı Müştəri Xidmətləri strukturlarında müxtəlif istiqamətlər üzrə təcrübə keçməyə dəvət edir (Fiziki şəxslər üzrə əməliyyatçı, Hüquqi şəxslər üzrə əməliyyatçı, Xəzinədar , Ofis meneceri ) Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün   Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq. Vakant vəzifə üzrə tələblər:  Ali iqtisadi təhsil; Ofis proqramlarında iş bacarığı; Ünsiyyət qurma bacarığı, işə məsuliyyət; Komandada işləmək bacarığı; Yüksək motivasiya və bank ...

IELTS və onun qiymətləndirilməsi | ÖDƏNİŞSİZ seminar

Image
Peşəkarlar danışır: IELTS və onun qiymətləndirilməsi Dəyərli məzunlar və dostlar, "ABŞ Təhsilli Azərbaycan Məzunları" İB olaraq sizləri “Peşəkarlar danışır: IELTS və onun qiymətləndirilməsi” adlı seminara dəvət edirik! Qonağımız Nərgiz Əkbərova ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramının məzunudur. Orta təhsilini Goranboy rayonunda alan spikerimiz ali təhsilini Azərbaycan Dövlət Neft və Sənayə Universitetitinin Amerikadakı Georgia Dövlət Universiteti ilə əməkdaşlığı nəticəsində ikili diplom ilə bitirmişdir. Magistratura dərəcəsi üzrə təhsilini isə Kipr Beynəlxalq İdarəetmə Universitetində almışdır. 10 ildən artıqdır ki, Böyük Britaniya Konsulluğunda imtahanlar üzrə mütəxəssis olaraq çalışmaqdadır. Hal-hazırda, Cənubi Qafqaz ölkələrində IELTS ilə yanaşı, digər beynəlxalq imtahanların təşkili prosesində də iştirak edir. Seminar aşağıdakı mövzuları əhatə edəcəkdir: • IELTS-ın növləri və adminstrasiyası • IELTS imtahanı necə qiymətləndirilir? • Qiymətlə...

21.09.19 saat 11:00 "İngilis dilində zamanlar" ödənişsiz seminarı.

Image
21.09.19 saat 11:00 "İngilis dilində zamanlar" ödənişsiz seminarı.  Bu dəfəki seminar İngilis dilində zamanlarla bağlı olacaq! Zamanlar İngilis dili qrammatikasının tez-tez qarışdırılan şaxəsidir. Təcrübəli İngilis dili instruktor Kamal Bujov tərəfindən keçiriləcək seminarda siz İngilis dilindəki zamanlarla bağlı bütün suallarınıza cavab tapacaq və praktik yollarla zamanları qavramış olacaqsınız. Seminarda iştirak edənlər xidmətlərimizə endirim qazanmaq şansı əldə edə biləcəklər. Seminarda iştirak ödənişsizdir.  Qeydiyyat linki:https://forms.gle/M2bxHN93o2RMFcLx5 Təsdiq mesajı aldıqdan sonra tədbirdə iştirak edə bilərsiniz.

Sizi “Növbə Gənclərdədir!” layihəsində iştirak etməyə dəvət edirik!

Image
Əziz gənclər, sizi “Növbə Gənclərdədir!” layihəsində iştirak etməyə dəvət edirik! Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) proqramı çərçivəsində, “Böyük Britaniyanın “Münaqişə, Sabitlik və Təhlükəsizlik Fondu” tərəfindən birgə maliyyələşdirilən “Növbə Gənclərdədir!” proqramı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunmuş əsas sülh modellərinin təlimlər vasitəsi ilə öyrənilməsi və debat edərək gənc iştirakçıların hər birinin bu modellərə olan mövqe və münasibətinin ortaya qoyulmasına dayanır. Proqramın məqsədi nədir? Programın məqsədini gənc iştirakçıları Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi ilə bağlı öz nəzəri ideyalarını ifadə etməyə təşviq etmək və bunun üçün bir platforma yaratmaq, eləcə də gəncləri xalq diplomatiyası çərçivəsində konfliktin həlli bağlı təkliflər verən tərəf etməklə, həmin təklifləri əlaqəli dövlət qurumlarına qətnamə ...

Azərbaycan gənclərindən möhtəşəm təşəbbüs - "Qarabağ Azərbaycandır!!!" - VİDEO

Image
GəncLİK proqramının iştirakısı Gənc Liderlərdən, 9 noyabr – Azərbaycan Respublikasının  Dövlət Bayrağı Gününə həsr olunan videoçarx November 9, the video from young leaders dedicated to the State Flag day of the Republic of Azerbaijan

AGMA üzv qəbuluna başlayır!

Image
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat davam edir. Assosiasiyanın üzvü olmaq üçün http://qeydiyyat.agma.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Assosiasiyanın üzvü olmaqla: • bilik və bacarıqlarınızı artıra; • təhsil sahəsinin yeniliklərinə uyğunlaşa; • layihələrimizin bir parçası ola; • fəal və çalışqan müəllimlərlə tanış ola; • təcrübə mübadiləsi ilə ölkəmizin təhsil həyatına öz töhfənizi verə bilərsiniz. Assosiasiyamızın bir hissəsi olun, dəyərlərimizi birlikdə yayaq! Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci ildə Azərbaycan Gənc Müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaranmışdır. Hazırda Assosiasiyamız ölkəmizin 17 bölgəsindən olan müəllimləri əhatə edir.

İcbari Sığorta Bürosu (İSB) çağrı mərkəzinə operator vəzifəsinə işçi axtarır.

Image
İcbari Sığorta Bürosu (İSB)  çağrı mərkəzinə operator vəzifəsinə işçi axtarır. Ali təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 30 noyabrdır. Namizədə dair tələblər: - Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı; - Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı; - Aydın səlis nitq olmalı; - Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; - Yaş həddi 19-25 namizədlər; - Orta səviyyədə İngilis və Rus dili olmalı; İşin təsviri: - Növbəli şəkildə Çağrı mərkəzinə 7/24 daxil olan bütün zənglərin cavablandırılması - Əməkhaqqı 400 AZN (gross) təşkil edir. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.11.2018-cı il tarixinədək  gamanova@isb.az  ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansi...

“Aqrar İnnovatorlar” layihəsinin qeydiyyatına start verilir!

Image
Layihənin məqsədi aqrar sahədə innovasiyanın tətbiqi, beynəlxalq sferada təcrübədən keçmiş startap tətbiqləri, startaplarla bağlı risklər və tətbiqlərin müəyyən edilməsi, gənc sahibkarların aqrar sahədə uğurlu biznes qurmalarını təmin etməkdir. Layihənin ilkin mərhələsi mütəxəssislər tərəfindən aqrar iqtisadiyyat, analitik materiallarla işləmək, aqrar sahə üzrə fundamental biliklərin aşılanması və startap müəlliflərinin iştirakçılarla görüşündən ibarət olacaqdır. Layihənin ikinci mərhələsində iştirakçıların müxtəlif müasir müəssisələrdə və Aqroparklarda ekskursiyaları baş tutacaqdır. Layihədə iştirakçı olmaq istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər. Qeydiyyat anketini dolğun dolduran müraciətçilər müsahibə mərhələsinə dəvət olunacaqlar! Qeydiyyat linki 08.11.2019 tarixinə qədər keçərlidir. https://forms.gle/Jc78gRi39nZXJbMi8

Hollandiyada Gənclərlə bağlı beynəlxalq tədbir

Image
Hollandiyada baş tutacaq “ESC – East West Dialogues |Partnership-building Activity 9 – 12 January 2020| Netherlands – Ommen” tədbiri Tarix: 9 - 12 yanvar 2020 Məkan: Hollandiya, Ommen  Məqsəd: – Avropa Həmrəylik Korpusu çərçivəsində yeni layihələr qurmaq, davamlı tərəfdaşlıq axtaran təşkilatlar üçün əməkdaşlıq quruculuğu və keyfiyyət yaxşılaşdırılması İştirakçı tələbləri: - İngilis dili biliyi; - Gənclər sahəsi işçiləri, proyekt idarəçiləri, könüllü mentorları Xərclər: - Səyahət, yemək və qonaqlama xərcləri təşkilatçılar tərəfindən seçilmiş nümayəndələr üçün qarşılanır. Müraciət üçün son gün: 14 noyabr, 2019 Məlumat və müraciət üçün link: https://bit.ly/2kaNeCS Əlaqə - evs@eastpackers.nl

Dadashsoy Business School tərəfindən keçiriləcək ödənişsiz təlim.

Image
Dadashsoy Business School tərəfindən keçiriləcək ödənişsiz təlim. - Empatiya nədir? - Uğurlu ünsiyyət nədən ibarətdir? - İQ yoxsa EQ?🤔 və s kimi suallar sizi də maraqlandırırsa, O zaman, Dadashsoy Business School tərəfindən təşkil edilən *“Mədəni düşüncə fəlsəfəsi"* təlimi sizin üçündür! 2 saat davam edəcək real nəzəri və praktik təlimdən öyrənəcəksiz: ✅ Pol Qogen effekti  ✅ Jül Vern prizması  ✅ Anlayış və ya empati  ✅ Maraqlanaraq böyümək  ✅ Tənqidi düşüncə - Məlikməmməd Nağılı  ✅ 3 mərtəbə yanaşması  ✅ Ünsiyyət mədəniyyəti  ✅ X, Y, Z nəsilləri  ✅ İQ və EQ  《TƏLİMİN VAXTI》 🗓 9 noyabr (Şənbə) ⏰ Saat 11:00 《TƏLİMÇİ》 Fəxri Məmmədli QEYDİYYAT LİNKİ⤵ https://forms.gle/NFAivSLyugyhSScG8 *Təlim ödənişsizdir.* ⚠Yalnız qeydiyyatdan keçən ilk 30 nəfər təlimdə iştirak edə biləcək. Yerlər dolduqdan sonra müraciətlər dayandırılacaqdır. Ətraflı məlumat və suallar üçün: 📲050 299 94 29 (WhatsApp) 📲050 205 40 75

Dadashsoy Business School tərəfindən keçiriləcək ödənişsiz təlim.

Image
Dadashsoy Business School tərəfindən keçiriləcək ödənişsiz təlim. - Empatiya nədir? - Uğurlu ünsiyyət nədən ibarətdir? - İQ yoxsa EQ?🤔 və s kimi suallar sizi də maraqlandırırsa, O zaman, Dadashsoy Business School tərəfindən təşkil edilən *“Mədəni düşüncə fəlsəfəsi"* təlimi sizin üçündür! 2 saat davam edəcək real nəzəri və praktik təlimdən öyrənəcəksiz: ✅ Pol Qogen effekti  ✅ Jül Vern prizması  ✅ Anlayış və ya empati  ✅ Maraqlanaraq böyümək  ✅ Tənqidi düşüncə - Məlikməmməd Nağılı  ✅ 3 mərtəbə yanaşması  ✅ Ünsiyyət mədəniyyəti  ✅ X, Y, Z nəsilləri  ✅ İQ və EQ  《TƏLİMİN VAXTI》 🗓 9 noyabr (Şənbə) ⏰ Saat 11:00 《TƏLİMÇİ》 Fəxri Məmmədli QEYDİYYAT LİNKİ⤵ https://forms.gle/NFAivSLyugyhSScG8 *Təlim ödənişsizdir.* ⚠Yalnız qeydiyyatdan keçən ilk 30 nəfər təlimdə iştirak edə biləcək. Yerlər dolduqdan sonra müraciətlər dayandırılacaqdır. Ətraflı məlumat və suallar üçün: 📲050 299 94 29 (WhatsApp) 📲050 205 40 75

“Könüllülər Proqramı - 2020" start verildi!

Image
Azərbaycan Gimnastika Federasiyası, 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün “Könüllülər Proqramı - 2020" könüllülərin qeydiyyatını elan edir. Könüllülər proqramına seçilən şəxslər 2020-ci il ərzində paytaxtımızda keçiriləcək bir neçə beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar. Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır. Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi Beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara, yarışların təşkili, mətbua...

Pozitiv Düşüncə (Özünü Necə Motivasiya Etməli) Ödənişsiz təlim

Image
Hələ də utancaq, kompleksli, özünə qapanıq insanlarla rastlaşırıq. Bəs özümüzdə necə, bunlardan biri varmı? Bəlkə hə bəlkə də yox deyəcəksən. Ya da mövzuya görə dəyişir deyəcəksən. Bəs özümüzə inamı necə qazanmalıyıq? Necə inamsızlığımızı aradan qaldırmalıyıq? Bunların necə həll olunmağını sizə izah edəcəm. Yəni, sizə balıq verməyəcəm, balığı tutmağı öyrədəcəm. Təlimdə iştirak: Ödənişsizdir Ödənişi online şəkildə edə bilərsiniz. Qeydiyyat linki:  https://docs.google.com/forms/d/e/1FAIpQLSd0GOgcxK20qLOWGlBco52GOUC6O9H4aHx2cuwrumw67tF1xQ/viewform Ünvan: İçərişəhər m/s, İstiqlaliyyət küçəsi 39 Əlaqə nömrəsi: 0502907196

CFA/FRM təlim metodikası, Karyera inkişafında CFA/FRM sertifikatlarının əhəmiyyəti, İşçi seçimində Beynəlxalq dərəcəli sertifikatların rolu və faydaları

Image
Tədbirin məqsədi: CFA/FRM təlim metodikası, Karyera inkişafında CFA/FRM sertifikatlarının əhəmiyyəti, İşçi seçimində Beynəlxalq dərəcəli sertifikatların rolu və faydaları. Demo dərslər: CFA Level 1 - Corporate Finance və FRM 1 - Financial Markets & Products Tədbirdə təlimçilərimizlə yanaşı nüfuzlu şirkətlərdə maliyyə sahəsində çalışan və eyni zamanda CFA, FRM sertifikatlarının sahibi olan şəxslər öz təcrübələrini, bu sertifikasiyaların faydalarını sizinlə bölüşəcəklər. Həmçinin aparıcı banklar, konsaltinq şirkətlərindən dəvət olunmuş təcrübəli HR mütəxəssislər işə götürmə prosesində və karyerada bu sertifikatların faydalarından bəhs etməklə yanaşı, şirkətlərdə işçilərin performansını qiymətləndirərkən sertifikatlara nə dərəcədə önəm verildiyini izah edəcəklər. Spikerlər: Zamin Nəsirov, CFA, FRM Azər Əbilov, CFA Şahin Mahmudzadə (passed all CFA levels) Nurlan Cəbrayılov (CFA Level 2 candidate) Təbriz Əli (CFA Level 2 candidate) Xəyal Əhmədzadə, FRM Fuad Əmirquliyev, FRM Qeydiyyat üç...

CFA/FRM təlim metodikası, Karyera inkişafında CFA/FRM sertifikatlarının əhəmiyyəti, İşçi seçimində Beynəlxalq dərəcəli sertifikatların rolu və faydaları

Image
Tədbirin məqsədi: CFA/FRM təlim metodikası, Karyera inkişafında CFA/FRM sertifikatlarının əhəmiyyəti, İşçi seçimində Beynəlxalq dərəcəli sertifikatların rolu və faydaları. Demo dərslər: CFA Level 1 - Corporate Finance və FRM 1 - Financial Markets & Products Tədbirdə təlimçilərimizlə yanaşı nüfuzlu şirkətlərdə maliyyə sahəsində çalışan və eyni zamanda CFA, FRM sertifikatlarının sahibi olan şəxslər öz təcrübələrini, bu sertifikasiyaların faydalarını sizinlə bölüşəcəklər. Həmçinin aparıcı banklar, konsaltinq şirkətlərindən dəvət olunmuş təcrübəli HR mütəxəssislər işə götürmə prosesində və karyerada bu sertifikatların faydalarından bəhs etməklə yanaşı, şirkətlərdə işçilərin performansını qiymətləndirərkən sertifikatlara nə dərəcədə önəm verildiyini izah edəcəklər. Spikerlər: Zamin Nəsirov, CFA, FRM Azər Əbilov, CFA Şahin Mahmudzadə (passed all CFA levels) Nurlan Cəbrayılov (CFA Level 2 candidate) Təbriz Əli (CFA Level 2 candidate) Xəyal Əhmədzadə, FRM Fuad Əmirquliyev, FRM Qeydiyyat üç...

Texniki dəstək uzre mutexessis axtarilir.

Image
Əmək haqqı 600+ Bilməlidir:  Şəbəkənin ümumi xüsusiyyətlərini, müvafiq təlimatları, şəbəkənin ümumi strukturunu və işləmə prinsipini,. Məsuldur:  Şirkətin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarına lazımi proqram təminatını quraşdırır, lazım gəldikdə yeniləyir və onların davamlı işlək vəziyyətdə saxlanmasını təmin edir;  Şirkətin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarının daima işlək vəziyyətdə olmasını təmin edir və lazım gəldikdə onlara texniki xidmət göstərir;  Şirkətin əməkdaşların kompüterlərində yaranan problemləri operativ olaraq həll edir;  Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurur və düzgün işləməsinə nəzarət edir;  Helpdesk sisteminə istifadəçilərdən gələn müraciətləri qəbul edir, problemlərin aradan qaldırılmasına nəzarət edir və lazım gəldikdə onları müraciətlərin tipindən asılı olaraq şöbənin başqa əməkdaşlarına yönəldir;  Şirkətin tələblərinə əməl olunmaqla proqram təminatını kompüterlərə yükl...

Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində könüllü ol!

Image
GƏNCLƏRİN NƏZƏRİNƏ! Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi müxtəlif departamentlər üzrə könüllü qəbulu elan edir. Təcrübə proqramında gənclər aşağıdakı istiqamətlər üzrə müraciət edə bilər. 1) Könüllülər ilə iş departamenti 2) İctimaiyyətlə Əlaqələr departamenti 3) Layihələrin idarə olunması departamenti 4) Sosial iş departamenti QEYDİYYAT: https://forms.gle/FKQxYZMogS4Fzqbn8 E-mail: futureazerbaijan@gmail.com

Cəmi 3 gün ərzində beynəlxalq maliyyə bazarında pul qazanmağa başlamağa imkan verən əsas ticarət biliklərini əldə etmək üçün unikal bir fürsət.

Image
Cəmi 3 gün ərzində beynəlxalq maliyyə bazarında pul qazanmağa başlamağa imkan verən əsas ticarət biliklərini əldə etmək üçün unikal bir fürsət. Aparıcı – Rusiy adan dəvət olunmuş, FX-də böyük aktivlərlə 20 ildən çox uğurlu təcrübəyə malik peşəkar treyder – VLADİMİR STEPUROV – Alpari Şirkətinin Pedaqoq-Spikeri Treydinq təlimi üzrə bir çox müəllif kurslarının yaradıcısı; Üstünlük verilən strategiya - Uzunmüddətli mövqe ticarəti. Müəllif təlim proqramı + praktiki dərslər. MT4 Ticarət Terminalının gizli xüsusiyyətləri. Ticarətdə texniki və fundamental təhlilin düzgün və effektiv istifadəsi. Tanınmış ticarət strategiyalarının üstünlükləri və əksikləri. Keçirilmə vaxtı: 25, 26, 27 noyabr Leksiyanın davamiyyəti: 120 dəqiqə + coffee break Unvan: Xocalı Prospekti 37, Demirchi Tower Biznes Mərkəzi, Konfrans Zalı Kurs ödənişsiz əsasında keçiriləcək. Diqqət! Yerlər məhduddur! Qeydiyyat üçün bu nömrələrlə əlaqə saxlayın: +99412 3103440 / +99451 7773440 ****************************

Cəmi 3 gün ərzində beynəlxalq maliyyə bazarında pul qazanmağa başlamağa imkan verən əsas ticarət biliklərini əldə etmək üçün unikal bir fürsət.

Image
Cəmi 3 gün ərzində beynəlxalq maliyyə bazarında pul qazanmağa başlamağa imkan verən əsas ticarət biliklərini əldə etmək üçün unikal bir fürsət. Aparıcı – Rusiy adan dəvət olunmuş, FX-də böyük aktivlərlə 20 ildən çox uğurlu təcrübəyə malik peşəkar treyder – VLADİMİR STEPUROV – Alpari Şirkətinin Pedaqoq-Spikeri Treydinq təlimi üzrə bir çox müəllif kurslarının yaradıcısı; Üstünlük verilən strategiya - Uzunmüddətli mövqe ticarəti. Müəllif təlim proqramı + praktiki dərslər. MT4 Ticarət Terminalının gizli xüsusiyyətləri. Ticarətdə texniki və fundamental təhlilin düzgün və effektiv istifadəsi. Tanınmış ticarət strategiyalarının üstünlükləri və əksikləri. Keçirilmə vaxtı: 25, 26, 27 noyabr Leksiyanın davamiyyəti: 120 dəqiqə + coffee break Unvan: Xocalı Prospekti 37, Demirchi Tower Biznes Mərkəzi, Konfrans Zalı Kurs ödənişsiz əsasında keçiriləcək. Diqqət! Yerlər məhduddur! Qeydiyyat üçün bu nömrələrlə əlaqə saxlayın: +99412 3103440 / +99451 7773440 ****************************

CV & Motivasiya məktubunun yazılması təlimi

Image
Yaşadığımız dövrdə xaricdə təhsil almaq və geniş karyera imkanı demək olar ki, hər bir gəncin məqsədinə çevrilmişdir. Bu məqsədə çatmaq üçün isə gənc nəsil çalışıb əlindən gələni əsirgəmir. Biz də bu yolda onlara öz töhfəmizi verərək xarici universitetlərə qəbul və uğurlu karyera yolunda ilk addımlarının atılması üçün ən vacib faktorlardan biri olan motivasiya məktubunun yazılması və CV hazırlanması ilə bağlı təlim təşkil etmək qərarına gəldik. Təlimimiz məşhur təlimçi Vahid Masimov tərəfindən keçiriləcək. Vahid Məsimov burada CV və motivasiya məktublarında diqqət yetirilən "qızıl nöqtələri" , sözügedən sahədə olan təcrübəsini Sizlərlə bölüşəcəkdir. Gəlin birlikdə əylənərək öyrənək! İctimaiyyətlə Əlaqələr Məkan: Binəqədi Gənclər Evi Tarix: 09/11/19 15:00 Qeydiyyat Son müraciət tarixi: 08/11/19, 20:007 Qeyd: Təlim başlamazdan 20 dəqiqə əvvəl təlimin keçiriləcəyi məkanda olmağınız xahiş olunur

BARAMA Akselerasiya Proqramına Qeydiyyat Başladı!

Image
Startaplar! Barama-nın yeni AKSELERASİYA proqramı başlayır Startap inkişafını sürətləndirməyi hədəfləyən, Barama innovasiya və sahibkarlıq mərkəzi tərəfindən beynəlxalq və yerli mentorların təlim və ekspertiza yardımı ilə 12 həftəlik akselerasiya başlayır. Məqsədimiz sizin startapın dünya bazarına çıxışına, yerli korporativ sektorun rəqəmsallaşdırılmasına yardım etməkdir. Kimlər iştirak edə bilər? Dünya bazarına çıxa biləcək potensialı olan rəqəmsal layihələr. Qazanacaqlarınız: 3 aylıq interaktiv tədris planı və proqramı Yerli və beynəlxalq mentorların və potensial investorların canlı rəyləri. Hər komanda üçün 25000 AZN-ə qədər toxum investisiyası əldə etmək imkanı Potensial texnoloji və maliyyə tərəfdaşlarına çıxış Qlobal bazarla çıxış üçün dəstək Mübadilə proqramlarında iştirak imkanı Bütün komanda üçün ofis sahəsi Seçim tələbləri: Komandanın ən azı 2 üzvünün (texniki və biznes) olması Tam iş günü çalışa bilən üzvün olması Startapdan tələb olunanlar: - Komanda üzvlərindən hər hansı b...

Bank Respublika ASC Maliyyə və bazar risklərinin idarəedilməsi şöbəsinə “İqtisadçı” vəzifəsi üzrə vakansiya elan edir.

Image
  Bank Respublika ASC Maliyyə və bazar risklərinin idarəedilməsi şöbəsinə “İqtisadçı” vəzifəsi üzrə vakansiya elan edir. Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq.  Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: - ÜDM artımı, sənaye istehsalı, işsizlik, inflyasiya, və s. yuxarı rəhbərlik tərəfindən müəyyən edilən faktorları hesablayan makro modelin tərtibi; - Müxtəlif makro-göstəricilər üzrə modellərin yaradılması və əsas trendləri göstər...