AGMA üzv qəbuluna başlayır!



Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat davam edir.
Assosiasiyanın üzvü olmaq üçün http://qeydiyyat.agma.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Assosiasiyanın üzvü olmaqla:
• bilik və bacarıqlarınızı artıra;
• təhsil sahəsinin yeniliklərinə uyğunlaşa;
• layihələrimizin bir parçası ola;
• fəal və çalışqan müəllimlərlə tanış ola;
• təcrübə mübadiləsi ilə ölkəmizin təhsil həyatına öz töhfənizi verə bilərsiniz.
Assosiasiyamızın bir hissəsi olun, dəyərlərimizi birlikdə yayaq!

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci ildə Azərbaycan Gənc Müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaranmışdır. Hazırda Assosiasiyamız ölkəmizin 17 bölgəsindən olan müəllimləri əhatə edir.

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!