Bakı Amerika Mərkəzi KÖNÜLLÜ axtarır.



Əziz tələbələr!
Bakı Amerika Mərkəzi Texniki İnnovasiyalar Mərkəzi KÖNÜLLÜ axtarışındadır!
6 aylıq könüllülük proqramına qoşulun və Bakı Amerika Mərkəzi ailəsinin bir üzvü olun
Əgər Siz:
- Yaradıcı və iddialısınızsa
- Texniki elmlər üzrə təhsil alan 2, 3, 4-cü kurs tələbəsinizsə
- İngilis dilində Intermediate və yuxarı səviyyədə danışa bilirsinizsə
- Öz sahənizdə təcrübə qazanmaq istəyirsinizsə
- Komandada işləməyə hazırsınızsa
CV-nizi americancenterbaku@gmail.com ünvanına MAKER SPACE VOLUNTEER başlığı ilə göndərin.
Siz:
•Maker Space Mərkəzində tədbirlərin planlaşdırılması, təşkil olunması və keçirilməsində Mərkəz işçilərinə və digər könüllülərə kömək edəcəksiniz
•Sizə xüsusi təlim keçildikdən sonra yaradıcı uşaqlar üçün dərslər keçəcəksiniz
•Gələn qonaqlarla söhbət edəcək və mərkəz haqqında məlumat verəcəksiniz
•Məkanın təmizliyinə və səliqəsinə nəzarət edəcəksiniz
Proqramı uğurla başa vuran könüllülərə sertifikat və xasiyyətnamələr veriləcək.
Müraciət üçün son tarix: 24 noyabr, 2019

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!