NAYORA'da iş imkanı
Verilən məlumatlara əsasən müstəqil şəkildə təşkilatın fəaliyyəti və təşkilatın layihələri haqqında müxtəlif formatda PR xəbərlər, mətnlər, məqalələr yazmaq.
Əsas öhdəliklər:
PR və reklam işlərinin aparılmasına birbaşa nəzarət edilməsi;
PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarət;
Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması;
Təşkialtın vebsaytı ilə işləmək, yazılmış şərhlər və müraciətləri cavablandırmaq (content management);
Media əlaqələrin yaradılması;
Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi və sualların cavablandırılması (SMM sahəsində təcrübəsi olması arzuolunandır);
Videoçarx, poster və dizayn işlərinin hazırlanmasında iştirak;
Yerinə yetirilmiş işlər barədə müntəzəm olaraq hesabatlar (gündəlik, aylıq və rüblük) vermək;
İş günləri: 1-5-ci günlər 9:00-18:00.
Tələblər:
Ali təhsil;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşmaq bacarığı;
Komandada işləmə bacarığı;
Gənclərlə iş sahəsində təcrübə;
Xarici səfərlər üçün münasib olmalıdır;
Stress altında işləmək bacarıığı;
Yüksək səviyyədə Azərbaycan dili bilikləri tələb olunur. Rus və ingilis dili arzuolunandır;
Problem həlletmə bacarığı;
Təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti;
Şifahi və yazılı ünsiyyət;
Yaradıcılıq və təşəbbüskarlıq;
Yaş həddi 20-35 dək;
Ofis proqramlarında (Word, Excel, Power Point) işləmə bacarığı olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15.11.2019-cu il tarixinədək infonayora@gmail.com ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” qismində “İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis” adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
