BARAMA Akselerasiya Proqramına Qeydiyyat Başladı!
Startaplar!
Barama-nın yeni AKSELERASİYA proqramı başlayır
Startap inkişafını sürətləndirməyi hədəfləyən, Barama innovasiya və sahibkarlıq mərkəzi tərəfindən beynəlxalq və yerli mentorların təlim və ekspertiza yardımı ilə 12 həftəlik akselerasiya başlayır. Məqsədimiz sizin startapın dünya bazarına çıxışına, yerli korporativ sektorun rəqəmsallaşdırılmasına yardım etməkdir.
Kimlər iştirak edə bilər?
Dünya bazarına çıxa biləcək potensialı olan rəqəmsal layihələr.
Qazanacaqlarınız:
3 aylıq interaktiv tədris planı və proqramı
Yerli və beynəlxalq mentorların və potensial investorların canlı rəyləri.
Hər komanda üçün 25000 AZN-ə qədər toxum investisiyası əldə etmək imkanı
Potensial texnoloji və maliyyə tərəfdaşlarına çıxış
Qlobal bazarla çıxış üçün dəstək
Mübadilə proqramlarında iştirak imkanı
Bütün komanda üçün ofis sahəsi
Seçim tələbləri:
Komandanın ən azı 2 üzvünün (texniki və biznes) olması
Tam iş günü çalışa bilən üzvün olması
Startapdan tələb olunanlar:
- Komanda üzvlərindən hər hansı birinin ingilis dilini orta səviyyədə bilməsi
- İzahlı prototip və ya ideya (komanda texniki üzvün olması mütləqdir)
- Startapın və ideyanın innovativlik faktorları haqqında məlumat
- Qlobal bazara çıxa biləcək rəqəmsal startap olması vacibdir
- Bir ildən az fəaliyyət göstərmiş layihələrə üstünlük verilir
Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/2ol0maM
Qeydiyyat üçün son tarix: 22 noyabr
