“Erasmus+” proqramından gənclərə beynəlxalq layihə




“İrəli” İctimai Birliyi, “International Centre for Peace and Integration” və “SOF İtaly” təşkilatlarının həyata keçirdiyi “DIGITAL MEDIA TOOLS FOR SUCCESSFUL DISSEMINATION” adlı beynəlxalq layihəyə gənclərimizi qeydiyyatdan keçməyə dəvət edir!


Layihə Avropa Birliyinin “Erasmus+” proqramının dəstəyi ilə 12 – 18 mart 2020 tarixində Gürcustanın Bakuriani şəhərində keçiriləcək.

Layihə qeyri-rəsmi öyrənmə metodikasını istifadə edərək, Sosial Media idarəetmə bacarığını inkişaf etdirməyə, reklam yaratmaq üçün faydalı və çevik vasitələrlə tanış olmaqa və mədəniyyətlərarası mübadilənin, tolerantlığın, həmrəyliyin təşviq edilməsinə yönəlib.

Sosial Media idarəetmə bacarığını inkişaf etdirmək, sosial şəbəkələr üçün məzmun hazırlamağın innovativ yollarını araşdırıb, öyrənmək istəyən gənclər, bu layihə sizin üçündür!

Layihədə Azərbaycan nümayəndələri ilə birlikdə 6 ölkədən nümayəndələr də iştirak edəcəklər.

Tarix: 12 – 18 mart 2020
Məkan: Bakuriani, Gürcustan

Xərclər:

Yol xərci Erasmus + qaydalarına əsasən layihənin son günündə 100 %-i qarşılanır (Dekabrın 10-a dək iştirakçılar biletlərini özləri almalıdır)

Seçilmiş iştirakçılar üçün “International Centre for Peace and Integration” və “SOF İtaly” tərəfindən müəyyən edilmiş, tədris seminarları və xarici məruzəçilər üçün 20 EURO iştirak haqqı nəzərdə tutulub.

Layihə çərçivəsində iştirakçılar yaşayış yeri və qida ilə təmin olunur.

Seçim meyarları:

“İrəli” İctimai Birliyinə üzv olmalı;
İntermediate+ İngilis dili biliyinə malik olmalı;
20-25 yaş arasında olmalı;
Xarici pasporta malik olmalı;
Gənclərlə iş sahəsində sosial fəal olan gənclər;
Digital Marketing üzrə professional kariyera qurmaq istəyən gənclər;

Son müraciət tarixi: 18.11.2019, 18:00


http://ireli.az/erasmusplus/

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!