Texniki dəstək uzre mutexessis axtarilir.

Əmək haqqı 600+
Bilməlidir:
Şəbəkənin ümumi xüsusiyyətlərini, müvafiq təlimatları, şəbəkənin ümumi strukturunu və işləmə prinsipini,.
Məsuldur:
Şirkətin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarına lazımi proqram təminatını quraşdırır, lazım gəldikdə yeniləyir və onların davamlı işlək vəziyyətdə saxlanmasını təmin edir;
Şirkətin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarının daima işlək vəziyyətdə olmasını təmin edir və lazım gəldikdə onlara texniki xidmət göstərir;
Şirkətin əməkdaşların kompüterlərində yaranan problemləri operativ olaraq həll edir;
Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurur və düzgün işləməsinə nəzarət edir;
Helpdesk sisteminə istifadəçilərdən gələn müraciətləri qəbul edir, problemlərin aradan qaldırılmasına nəzarət edir və lazım gəldikdə onları müraciətlərin tipindən asılı olaraq şöbənin başqa əməkdaşlarına yönəldir;
Şirkətin tələblərinə əməl olunmaqla proqram təminatını kompüterlərə yüklənməsini və tənzimlənməsini həyata keçirir;
Domain sistemində holdinqin əməkdaşları üçün istifadəçi yaradır, müəssisənin nəzdində olan kompüterləri domain şəbəkəsinə əlavə edir;
Əməkdaşları korporativ e-mail ünvanları ilə təmin edir, Microsoft Outlook proqramını həmin ünvanlara uyğun olaraq tənzimləyir, məktublarını arxivləşdirməyə yardım göstərir;
Şirkət əməkdaşlarını İP telefoniya vasitələri ilə təmin edir, onlara daxili nömrələr təyin edir;
Müəssisənin daxilində internetə çıxışını, meydana çıxan texniki problemlərin həllini təmin edir;
Şirkətin nəzdində olan printer avadanlıqlarında yaranan problemləri həll edir.
Uygun namizedlerden CV-lerini sevda.nazarova@a2z.az elektron mail unvanina gondermeleri xahish olunur.