ATL Academy ÖDƏNİŞLİ Təcrübə Proqramı elan edir!



ATL Academy “ Buddy System ” üzrə təcrübə proqramını elan edir.
Təcrübə proqramında gənclər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər :
1. İctimaiyyətlə Əlaqələr
2. Layihələrin idarə olunması
3. Sosial iş

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: Müraciətlərin qəbulu;
2-ci mərhələ: Fərdi müsahibələrin keçirilməsi.


Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər ATL Tech və ATL Academy tərəfindən şəhadətnamə ilə təltif olunacaqlar.


Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:
– 20-24 yaş aralığında olmalı;
– İşində yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar , məsuliyyətli və dürüst olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı;
– Kompüter bacarığı (Microsoft Office) olmalı ;
– Yarım iş günü ( Part-time ) imkanına malik olmalı ;

Qeyd :
- Təcrübə proqramı ödənişli əsaslarla həyata keçirilir ;
- Gənclərə təcrübə keçməklə yanaşı proqramlaşdırma sahəsində praktiki bacarıqlara yiyələnmək, daxili təlimlərdə iştirak etmək, peşəkarlarla birgə çalışmaq şansı verilir ;
- İngilis dilini bilən ( min : İntermadiate ) və aktiv namizədlərə üstünlük verilir ;

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 19 noyabr 23:59 2019-cu il.

QEYDİYYAT: https://form.jotform.me/92542186470459
E-mail: office@atl.academy.az

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!