Tələbələrarası Müsabiqə | AccessBank
İlk tələbələrarası müsabiqəmizin mövzusu marketinqdir. Müsabiqənin məqsədi tələbələrin bu sahədə olan biliklərinin və komandada işləmək qabiliyyətinin artırılmasıdır. Komandaların qeydiyyatı: Müsabiqədə istənilən ali təhsil müəssisəsindən olan tələbələr iştirak edə bilər. Hər bir komandada 4 nəfər iştirak edə bilər. Komandanın üzvləri eyni təhsil müəssisəsində oxumalıdır. 14 aprel tarixinədək iştirak etmək istəyən komandalar onlayn qeydiyyatdan keçə bilər. Təlimlər: Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda seçiləcək. Seçilmiş komandalara final təqdimatlarına hazırlıq üçün müxtəlif mövzularda təlimlər keçiriləcək. Yekun təqdimatlar: Komandalar tərəfindən verilmiş mövzu əsasında 10 gün ərzində təqdimat hazırlanılır. Final günü hər bir komanda təqdimatı ilə çıxış edəcək. Münsiflər heyəti tərəfindən təqdimatla bağlı suallar cavablandırıldıqdan sonra ölçü meyarlarına əsasən qiymətləndiriləcək. İlk 3 yeri tutmuş komandalar bankda təcrübə keçmək imkanı, sertifikat və...