Gənclər üçün "Karyera Akademiyası"



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Karyera Mərkəzi "Karyera Akademiyası" layihəsinə start verir!

Gənclərin İnkişaf Portalına verilən məlumata əsasən, “Karyera Akademiyası” layihəsinin əsas məqsədi ADBTİA gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, xüsusilə idman sahəsində karyeraya hazırlıq, natiqlik bacarıqlarının inkişaf etdirilməsi, iş müsahibəsinə hazırlıq, karyerada xarici dil biliklərinin əhəmiyyəti və s. kimi fəaliyyətlərin sistemli öyrənilməsini özündə ehtiva edir.

Dəvət olunacaq təlimçilər və çıxış edəcəkləri mövzular:

1.Nəcəf Allahverdiyev
"KarnegiKlub"un təsisçisi beynəlxalq dərəcəli təlimçi, kouç.
Mövzu: "Natiqlik bacarıqları"
Tarix: 13.04.2019

2. Mehman Kərimov
Milli Olimpiya Komitəsinin marketinq direktoru.
Mövzu: "İdmanda Karyera"
Tarix: 20.04.2019

3. Elvin Dadaşsoy
"Panda School"un rəhbəri, biznes təlimçi.
Mövzu: "0-dan biznesini qur!"
Tarix: 27.04.2019

4. Toğrul Ələkbərov
Şəxsi inkişaf və karyera planlaması üzrə təlimçi və məsləhətçi.
Mövzu: "Karyera Planlaması"
Tarix: 04.05.2019

5. Günay Rəsulova
Dərs Evinin marketinq şöbəsinin rəhbəri və “you will speak” bloqunun təsisçisi
Mövzu: " İş müsahibəsinə hazırlıq"
Tarix: 11.05.2019

İştirakçıların seçim meyarı:
-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almalı;
- Yüksək motivasiyalı və aktiv biri olmalı;
- Öyrənməyə və təcrübə paylaşımına həvəsli olmalı;
- Məsuliyyətli olmalı;
- Bütün təlimlərdə iştirak etməli;

Layihənin hər həftənin şənbə günü olmaqla 5 həftə ərzində, yəni 13.04.2019-11.05.2019 tarixləri arasında həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihədə seçilmiş 25 nəfər iştirak edəcək və sonda bütün iştirakçılara sertifikat təqdim olunacaq.


Son qeydiyyat tarixi: 07.04.2019
Saat: 23:59
QEYDİYYAT

Ətraflı məlumat üçün:
ADBTİA Karyera Mərkəzi 132-ci otağa yaxınlaşa bilərsiniz.
Elektron poçt ünvanı:
careercenter@sport.edu.az
Əlaqə nömrəsi: +994 77 571 72 90
Karyera Mərkəzi

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!