"Qayıdış" Yaz Məktəbi
“ENGİN LTD” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə 8-10 mart 2019-cu il tarixlərində Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük Yaz məktəbi keçiriləcək.
“ENGİN LTD” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirməsinə şərait yaratmaq, şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artması məqsədi daşıyır.
Martın 8-dən 10-dək davam edəcək olan “Qayıdış” Yaz Məktəbi çərçivəsində Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri və kənddə yaşayan gənclər təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Yaz məktəbinin təşkilində tələbə-könüllül
Qeyd edək ki, Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları SABAH qrupları,Youth Inc. Sahibkarlıq Proqramı, “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək.
