Azərbaycan Mühəndislər Birliyi "Könüllü Dostlar" Axtarır


Azərbaycan Mühəndislər Birliyi özünə "Könüllü Dostlar" Axtarır !

"Könüllü üzvlərin qəbul edilməsində əsas məqsəd gənclərin sosial fəaliyyətlərinin artırılması

Bilik və bacarıqlarının üzə çıxarılması

Asudə vaxtlarının səmərəli təşkili

Gənclərin təşəbbüslərinin dəstəklənməsi

Inkişaf etdirilməsi və iş sahəsində təcrübə qazanmalarına şərait yaradılmasıdır.

Gənclər həmçinin keçirilən təlimlər, seminarlar, intellektual oyunlar, tur gəzintilərində, əlamətdar günlərə həsr olunmuş bayram tədbirlərində, flaşmoblarda iştirak edəcəklər.

Müraciət etmək üçün yaş həddi 18-25 yaş.

Könüllü olmaq istəyənlər öz CV-lərini info@azengu.org ünvanına "Konüllü" başlığı ilə göndərə bilərlər.

Müraciətin son tarixi 30 Mart 2019-cu il.

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!