“Əylənsən, vaxt sənindir!” adlı festival keçirilib


Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, Kəpəz TV, Kəpəz FM-in dəstəyi ilə Novruz şəhərciyində “Əylənsən, vaxt sənindir!” adlı festival keçirilib.
350-yə yaxın gəncin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd istedadı olan tələbə və gənclərin bacarıqlarının aşkar olunması, eyni zamanda onların tanıdılmasını təmin etməkdir. Proqramın “İstedad səhnəsi” adlı hissəsində həvəskar musiqiçilər öz bacarıqlarını nümayiş etdirib. Daha sonra musiqili hissə yerini viktorinalara, oyunlara verib. Şəhərin baş meydanında keçirilən festivalda müvafiq olaraq, qaliblərə hədiyyələr təqdim olunub.


Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!