Şəxsiyyət Tipləri | TƏLİM



Karyeranızı hansı istiqamətdə quracağınızı bilmirsiniz?
 İstəkləriniz, bacarıqlarınız və peşəniz üst-üstə düşmürsə bu sizin inkişafınıza da mane olacaqdır. 
Gənclərin İnkişaf Portalına (AzGİP) verilən məlumata əsasən, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Şəxsiyyət Tipləri”nin təyini ilə bağlı təlim keçirəcəkdir. Siz bu təlimdən sonra özünüzü aid olduğunuz yerdə tapa, həmçinin ətrafa daha yaxşı təsir etmə gücünə sahib olacaqsınız. Təlimçi Elnarə Cavadova bu istiqamətdə iştirakçılarla müzakirələr və fərqli analizlər keçirəcəkdir. 

Maraqlı məlumatlar əldə etmək, öz şəxsi psixologiyanızla bağlı müəyyən suallara cavab tapmaq istəyirsinizsə sizi qeydiyyatdan keçməyə dəvət edirik. 


Alt başlıqlar: 

- “Mən konsepsiyası”, “Mən obrazlar”;
- Sinir sisteminə əsasən şəxsiyyət tipləri;
- Xarakterlə bağlı şəxsiyyət tipləri;
- “CoQarri” pəncərəsi;
- Şəxsiyyət tipləri və peşə seçimi arasında əlaqə.

Metodikalar:

- “Mən kiməm” metodikası;
- Həndəsi fiqurlarla xarakter xüsusiyyətlərinin təyini;
- Temperament tiplərinin təyini ilə bağlı metodika;
- Qrup müzakirəsi.

Tarix: 10 mart
Saat: 11:00 - 13:00




Qeydiyyat
Son tarix: 9 Mart, Saat: 15:00 

Daha ətraflı:

📞 (+994) 70 440 51 43
(+994) 12 440 51 43
📍Nəsimi r., Kaveroçkin küç. 30 (Amerika Səfirliyi ilə üzbəüz) 

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!