TÜRKSOY-un I Beynəlxalq simulasiyası | Şamaxı
Səbirsizliklə gözlənilən növbəti möhtəşəm layihə Gənclər Paytaxtı Şamaxıda start götürür!
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “TÜRKSOY-un I Beynəlxalq simulasiyası” layihəsinə start verilir.
15-17 mart 2019-cu il tarixini əhatə edəcək layihənin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşmələrini təmin etməkdir. Qədim və bənsərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunacağı “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunacaq, qanun layihələri hazırlanacaq. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənəcək.
Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən, ümumilikdə 50 gənc iştirak edəcək.
Qeydiyyat
