Posts

Showing posts from April, 2019

Milli Könüllü Platformasının təqdimatı

Image
7 may tarixində Azərbaycan milli könüllü platformasının təqdimatı keçiriləcəkdir.  Bu böyük tədbirdə bir neçə dövlət xadimi, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov və s. qurum nümayəndələri iştirak edəcəklər. Bu tədbir Azərbaycanda keçiriləcək ən böyük könüllü platforması təqdimatlarından biri və ilkidir. Tədbirdə bizimlə 500 tələbə-könüllü BİR olacaq. Sizdə həmin o tələbələrdən biri olub həmin təqdimatın canlı şahidlərindən ola bilərsiniz. Bunun üçün aşağıda göstərilən qeydiyyat linkindən keçmək kifayətdir: QEYDİYYAT 📍 Bakı Konqres Mərkəzi 🗓 07.05.2019 ⏰ 08:00-13:00

“Təhlükəsiz gələcək naminə” adlı video MÜSABİQƏ

Image
Holcim   Azərbaycan ASC  və “ Qaradağ   Gənclər Evi” 28  Aprel –  Beynəlxalq   Əməyin   Mühafizəsi   günü   ilə   əlaqədar “ Təhlükəsiz   gələcək   naminə ”  adlı   video   müsabiqə   elan   edir . Müsabiqənin   şərtlərinə   əsasən ,  təqdim   edilən   video   materiallar   aşağıda   qeyd olunan   mövzulardan   birini   əhatə   etməlidir . 1.  Avtomobildə   olarkən   və   ya   avtomobili   idarə   etdikdə   təhlükəsizlik   kəmərindən   istifadə . 2.  Məişətdə   qazın   təhlükəsiz   istifadəsi 3.  Spirtli   və   narkotik   maddələrin   insan   sağlamlığına   olan   ziyanı 4.  Yol   təhlükəsizlik   qaydaları 5.  İctimai   yerlərdə   yanğın   təhlükəsizliyi   və   yanğın   qarşısının ...

#WE2019 müsabiqəsinin qalibləri işgüzar səfəri tamamladı

Image
“ #WE2019 xanım sahibkarlar üçün müsabiqə ”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” - Həvva Səfərova , “İlin təhsil üzrə sahibkar xanımı” - Elvira Bağırova , “Milli brendi təmsil edən ilin sahibkar xanımı” - Günel Məmmədhəsənova Türkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb. Qeyd edilən, 3 sahibkar xanım “ Youth Inc. ” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə İstanbul şəhərində 12-13 Aprel tarixlərində baş tutan “ Hosting Talk ” tədbirində iştirak ediblər. Müsabiqənin yekununda mükafat olaraq təqdim edilmiş sözügedən işgüzar tədbir Türkiyə və digər ölkələrlə yeni əməkdaşlıqların əldə ediləcəyi, təcrübə və fikir mübadilələrinin, sektorlar üzrə qazanılmış təcrübələrin bölüşülməsi üçün nəzərdə tutulub. Tədbirdə Microsoft , Red Hat, NGN , Kloia , GoDaddy , StorPool , UzmanPosta kimi bir çox xarici şirkətlərin nümayəndələri ilə panel müzakirələri aparılıb. Xanımlar işgüzar səfərdə qazandıqları təcrübələri ölkəmizdə fəaliyyət göstərən öz bizneslərində ...

’Könüllü Akademiyası’’ layihəsinə yekun vuruldu.

Image
Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi ‘’Könüllü Akademiyası’’ layihəsinin icrası baş tutub. Layihənin keçirilməsinin əsas məqsədi gənclərə könüllülüyün vacibliyi haqqında məlumat verməkdən və gənclərdə könüllülük marağının artırılmasından ibarət olub. Kamal Mirzəyevin rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 ay olub. Layihə dövründə 3 gün boyunca Sabunçu Gənclər evində ümumi olaraq 60-dan çox gəncə təlimlər keçirilib. Qeyd edək ki, layihənin  tərəfdaşı “Cavan” Gənclər Hərəkatı İçtimai Birliyi olub. Sonda “Könüllü Akademiyası” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Natiqlik və Özünü İfadə | Ödənişsiz təlim

Image
Natiqlik və Özünü İfadə. 3 günlük "ÖDƏNİŞSİZ" seminarı təqdim edirik! Bəzən elə olur ki, beynində nə deyəcəyini bilirsən ancaq fikirləri ifadə etməkdə problemlər yaranır. Üstəlik jest və mimikaların (bədən dili) da qarışıq vəziyyətə düşür və bu problemlər ikiqat çoxalır. Bu səbəbdən də “mən yaxşı danışa bilmirəm” düşüncəsiylə monoton həyatın davam edir. Bunları dəyişmək və daha yaxşı şəkilə salmaq mümkündür, sadəcə biraz özünə əziyyət verib çalışmalısan.  3 günlük seminar məhz qeyd etdiyimiz problemlərin aradan qaldırılması üçün nəzərdə tutulub. QEYD: 1.Seminar sponsorlu olduğu üçün "TAM ÖDƏNİŞSİZDİR" 2.Seminar 24,25,26 apreldə saat 10:00-13:00 aralığında olacaq. 3.Seminarda çay fasiləsi olacaq. 4.İştirakçılara hədiyyələr təqdim ediləcək. 5.Seminar  Binəqədi Gənclər Evi  ndə baş tutacaq 🤓  SEMİNARIN SPİKERİ: Biznes Koç,Təlimçi,TEDX Spiker  Orkhan Shahbaz • Odlar Yurdu və USA Lincoln Universiteti-Biznes İdarəetməsi (BBA) və Neyromarketinq Təhsili. •  ORKHAN...

“Gənclər üçün Maliyyə Savadlılığı" təlimi

Image
Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən  “Gənclər üçün Maliyyə Savadlılığı" təlimi Gələcək karyeranız üçün qəti addımlar atmaq istəyirsinizsə, bu təlim məhz sizin üçündür: AR Mərkəzi Bankının peşəkar heyəti sizə maliyyə, istehlak büdcəsi, şəxsi vəsaitlərin idarə olunması mövzusunda məlumatlar verəcək, öz təcrübələrini sizinlə bölüşəcəklər. Təlimin proqramı: - AMB- nin gənclər üçün elektron resurlarının təqdimatı - İstehlak büdcəsinin planlaşdırılması- Rövşən Qəniyev - Şəxsi vəsaitlərin idarə olunması- Lamiyə Qaralova Qeyd edək ki, təlimçi Rövşən Qəniyev- AMB, İqtisadi Maarifləndirmə şöbəsi üzrə böyük mütəxəssis; təlimçi Lamiyə Qaralova isə AMB, İqtisadi Maarifləndirmə şöbəsi üzrə aparıcı mütəxəssisdir. Aşağıdakı linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə bilərsiniz. Qeydiyyat üçün link:  http://bit.ly/2IrrUU7 Yalnız qeydiyyatı uğurla keçmiş iştirakçılar qatıla bilər. Qeydiyyat üçün son tarix 22 apre...

Gənclər Fondu “Gənclərin Məşğulluğu Proqramını” elan edir

Image
Ölkə gənclərinin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həll  edilməsi, o cümlədən, gənclərin layiqli məşğulluğunun təmin edilməsi ölkə  başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Gənclər  siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət  Proqramı”nda gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilmişdir. Bununla əlaqədar, Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil mü...

Sahibkarlıq Sənəti | Ödənişsiz təlim

Image
Rise Manat Consulting şirkətinin və ORKHANWAY Coaching təşkilatçılığı ilə "Sahibkarlıq Sənəti" adı altında təlim keçiriləcək. Təlimdə iştirak edəcək 3 şəxsə Ödənişsiz maliyyə və mühasibatlıq xidmətləri hədiyyə ediləcək. Təlim Biznesin Beynəlxalq standartları əsasında keçiriləcək. Belə ki,iştirakçılar Biznesin Strateji Planlaşdırılması forması fərqli formada öyrənəcək və real proseslərə fokuslana biləcəklər. Qeyd: Təlimdə iştirak üçün qeydiyyat mütləqdir. Ancaq qeydiyyatı təsdiqlənən şəxslər təlimdə iştirak edə biləcəklər.  Təlim ÖDƏNİŞSİZDİR və təlimə qatılacaq şəxslərə iştirakçı sertifikatı veriləcək. Təlimin mövzuları: Modul 1 - Sahibkarlıq nədir? - Sahibkar olmağın riskləri nələrdir və bu risklərdən necə sığortalana bilərik? - Həm şəffaf mühasibatlıq aparıb həm yüksək mənfəət əldə etmək?! - Biznes plan nədir və necə hazırlanmalıdır? - Biznesin inkişafı üçün hansı addımlar atılmalıdır? - Biznes risk nədir? Modul 2 - Sahibkarlıq sahəsində motivasiya - İşə fokuslanma və davam...

LiderSƏN! - Become A Leader You Wish You Had

Image
Əziz gənclər, Siz də Liderlik Xüsusiyyətlərinizi inkişaf etdirmək istəyirsiniz? Liderlik xüsusiyətlərinizi həyata necə təsir etdiyini öyrənmək istəyirsiniz? Əsl liderin hansı keyfiyyətlərə malik olduğunu bilmək istəyirsiniz? Bu halda AIESEC və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən keçirilən “LiderSƏN” tədbiri xüsusilə sizin üçündür.​ Tədbir iki hissədən ibarət olacaq:​ 1.İnteraktiv seminar hissəsi 2.Komanda işləri​ Seminar hissəsində Böyük Britaniyadan dəvət olunmuş spikerimiz sizə liderlik xüsusiyyətlərini necə qazanmalı olduğunuzdan, həyatda necə əsl lider olmağın yollarından danışacaq. Seminar interaktiv şəkildə keçiriləcək. Komanda işləri hissəsində isə iştrakçılar komandalara bölünərək müxtəlif tapşırıqlar üzərində çalışacaqlar. Bu hissədə nəinki liderlik bacarıqları, həmçinin komanda ilə işləmək bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.​ Bundan əlavə, təlimdə dünyada Qlobal xarakter daşıyan problemlər haqqında danışılacaq. Bu problemlərin həqiqətəndə necə mühüm olduğunu v...