LiderSƏN! - Become A Leader You Wish You Had
Əziz gənclər,
Siz də Liderlik Xüsusiyyətlərinizi inkişaf etdirmək istəyirsiniz? Liderlik xüsusiyətlərinizi həyata necə təsir etdiyini öyrənmək istəyirsiniz? Əsl liderin hansı keyfiyyətlərə malik olduğunu bilmək istəyirsiniz? Bu halda AIESEC və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən keçirilən “LiderSƏN” tədbiri xüsusilə sizin üçündür.
Tədbir iki hissədən ibarət olacaq:
1.İnteraktiv seminar hissəsi
2.Komanda işləri
Seminar hissəsində Böyük Britaniyadan dəvət olunmuş spikerimiz sizə liderlik xüsusiyyətlərini necə qazanmalı olduğunuzdan, həyatda necə əsl lider olmağın yollarından danışacaq. Seminar interaktiv şəkildə keçiriləcək.
Komanda işləri hissəsində isə iştrakçılar komandalara bölünərək müxtəlif tapşırıqlar üzərində çalışacaqlar. Bu hissədə nəinki liderlik bacarıqları, həmçinin komanda ilə işləmək bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.
Bundan əlavə, təlimdə dünyada Qlobal xarakter daşıyan problemlər haqqında danışılacaq. Bu problemlərin həqiqətəndə necə mühüm olduğunu və Dayanıqlı İnkişafa doğru addım atmağında Sizin rolunuz müzakirə ediləcək.
Təlim Azərbaycan və İngilis dillərində keçiriləcək.
Təlimin sonunda bütün iştirakçılar sertifikatla təmin olunacaqlar.
Tədbirin məkanı: Beynəlxalq Avrasiya Mətbuat Fondu, 1A Mehdi Hüseyn kuçəsi, Şəhidlər xiyabanı yaxınlığında
Qeydiyyat üçün: https://bit.ly/2K0EmvU
