#WE2019 müsabiqəsinin qalibləri işgüzar səfəri tamamladı





#WE2019xanım sahibkarlar üçün müsabiqə”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” - Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” - Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” - Günel MəmmədhəsənovaTürkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb.

Qeyd edilən, 3 sahibkar xanım “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə İstanbul şəhərində 12-13 Aprel tarixlərində baş tutan “Hosting Talk” tədbirində iştirak ediblər. Müsabiqənin yekununda mükafat olaraq təqdim edilmiş sözügedən işgüzar tədbir Türkiyə və digər ölkələrlə yeni əməkdaşlıqların əldə ediləcəyi, təcrübə və fikir mübadilələrinin, sektorlar üzrə qazanılmış təcrübələrin bölüşülməsi üçün nəzərdə tutulub. Tədbirdə Microsoft, Red Hat, NGN, Kloia, GoDaddy, StorPool, UzmanPosta kimi bir çox xarici şirkətlərin nümayəndələri ilə panel müzakirələri aparılıb. Xanımlar işgüzar səfərdə qazandıqları təcrübələri ölkəmizdə fəaliyyət göstərən öz bizneslərində tətbiq etməyi hədəfləyib.

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!