’Könüllü Akademiyası’’ layihəsinə yekun vuruldu.



Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi ‘’Könüllü Akademiyası’’ layihəsinin icrası baş tutub. Layihənin keçirilməsinin əsas məqsədi gənclərə könüllülüyün vacibliyi haqqında məlumat verməkdən və gənclərdə könüllülük marağının artırılmasından ibarət olub. Kamal Mirzəyevin rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 ay olub. Layihə dövründə 3 gün boyunca Sabunçu Gənclər evində ümumi olaraq 60-dan çox gəncə təlimlər keçirilib. Qeyd edək ki, layihənin  tərəfdaşı “Cavan” Gənclər Hərəkatı İçtimai Birliyi olub. Sonda “Könüllü Akademiyası” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!