Posts

Showing posts from September, 2019

Bank Respublika ASC təcrübə proqramı elan edir

Image
Bank Respublika ASC istedadlı və motivasiyalı kollec, universitet tələbələri və yeni məzunlar üçün TƏCRÜBƏ PROQRAMI elan edir. Bu proqramda iştirak etməklə, Siz Bankın müxtəlif sahələrində bilik və bacarıqlarınızı tətbiq edə biləcəyiniz, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz. Bank Respublika olaraq Sizə nə vəd edirik? • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi; • Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı; • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı; • Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı. Tələblər • Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır); • Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır; • Müxtəlif düşüncə və dünyagör...

IBA Tech Akademiyasında qəbul başlandı!

Image
Salam dostlar, Xəbəriniz olsun ki, Azərbaycan Beynəlxalq Bankının sosial layihə çərçivəsində yaratdığı IBA Tech Akademiyasına bu gündən qəbul başlandı! Bu akademiyada 100 tələbə iki ay yarım ərzində informasiya texnologiyaları sahəsində yeni ixtisasa yiyələnəcək. Bu məsələdə Azərbaycan Beynəlxalq Bankına DAN.IT education təhsil mərkəzi dəstək verəcək. İsrailin məşhur TELEM metodu əsasında aparılan tədris prosesində tələbələr bu işin əsl peşəkarı kimi yetişəcəklər. Məzun olduqdan sonra informasiya texnologiyaları sahəsində iş tapmaq çox asan olacaq. Üstəlik, xüsusi fərqlənən məzunlara işə düzəlməkdə akademiya özü də dəstək verəcək.  Bankın sosial layihəsi olduğundan IBA Tech-də TƏHSİL TAM PULSUZDUR! Akademiyaya qəbul üçün texniki təhsilin olması şərt deyil. 18 yaşı tamamlanan, öyrənməyə həvəsli hər kəs bu imkanı dəyərləndirə bilər. Bəs siz müraciət etmək istəmirsiniz?! O zaman ərizənizi bu link üzərindən elə indi bizə göndərin: https://ibatech.az Yüksək texnologiyalar nəslinə siz d...

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!

Image
Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər! Sizi 14 sentyabr tarixində Data SoCool olaraq təşkil etdiyimiz “Datanın tətbiq sahələrində karyera” seminarına dəvət edirik. https://www.facebook.com/events/2398115413643478/ Seminar mövzuları: Data Science-də workflow Data Science-in tətbiq sahələri – Dünya VS Azərbaycan Machine Learning, Deep Learning, Artificial İntelligence nədir? Data üzrə karyera imkanları və bunun üçün tələb olunan bacarıqlar hansılardır? Data science-in tətbiq olunduğu biznes sahələri Data Cleaning-in əhəmiyyəti və istifadə olunan toollar Data Modelling-də ən çox istifadə olunan modellər və analizlər Professional reportingin vacibliyi Data Scientist SQL bilməlidir mi? Spikerlər: Həsrəddin Quliyev – Data Scientist Sevinc Hüseynova – BI Analyst Coşqun Hüseynov – Python Data Analyst Məkan: Baku Media Center 5ci mərtəbə Xəritə: https://g.page/datasocool?share Tarix: 14.09.2019 Saat: 17:00-19:00 Seminarda iştirak ödənişsizdir. Qeydiyyat üçün: http://bit.ly/2knhR8...

SOCAR vakansiyalar

Image
SOCAR-ın müxtəlif müəssisə və təşkilatlarında hal-hazırda 40-dan artıq rəhbər, mütəxəssis və fəhlə kateqoriyalı vakansiyalar aktivdir. Vakansiyalar üzrə iş yerləri Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, ölkənin müxtəlif regionları (Şamaxı, Siyəzən, Ucar, Yevlax, Kürdəmir, Balakən, Saatlı) üzrə də aktivdir. Vakansiyaların tələbləri barədə ətraflı məlumat əldə etmək, imtiyazları ilə tanış olmaq, həmçinin vakansiyalara müraciət etmək istəyən bütün namizədlər https://bit.ly/2IuoVYS linkə daxil ola bilərlər. #socar #vakansiya #ishvar #mühəndis #karbamidzavodu #rehber #azerikimyaib #azeriqazib #azneftib #SOCARRecruitment

"Əhatəedici Müxtəliflik" - Beynəlxalq təlim

Image
🌏İtaliyada 🇮🇹 baş tutacaq “Əhatəedici Müxtəliflik” adlı müxtəlifliyin idarəolunması təlim modeli ⌛ Tarix: 18-23 Noyabr, 2019 📍 Məkan: Roma, İtaliya ✅ Məqsəd: Gənclər sahəsində çalışan peşəkar işçilərin inklüzivliklə bağlı biliklərinin artıırlması və bu sahədə inkişafı onların günlük işinin bir hissəsinə çevirməkdir.  👥 İştirakçı tələbləri: -  İngilis dili biliyi; -  Gənclər sahəsində aktiv fəaliyyət; -  Gənclər sahəsinin işçiləri, müəllimlər, təlimçilər, sosial işçilər və gənc liderlər. ❗Müraciət üçün son gün: 15 Sentyabr, 2019 🔗 Məlumat və müraciət üçün link: https://bit.ly/2xlVL99

Avirtel MMC "Ön Ofis Təmsilçisi" vakansiyasını elan edir

Image
Avirtel MMC  “Ön Ofis Təmsilçisi” vakansiyanı elan edir : İş barədə məlumat: Texniki cihazların qəbulu, müvafiq proqramda qeydiyyatı, təhvil - təslimi üzrə prosesə köməklik edir Müştəriləri cihazın təmir qiyməti, müddəti və proseslə bağlı müvafiq olaraq məlumatlandırır. Telefon zənglərini, emailləri cavablandırır Müştəriləri xidmət standardlarına uyğun qəbul edir. Şirkət daxili qaydalar və prosedurlara əməl edir. Tələblər: Müştəri xidmətləri, telefonda danışıq və email yazı qaydaları haqqında biliklər Analitik düşünmə və problemləri qısa yolla həll etmə bacarığı Ofis avadanlıqları ilə işləmə bacarığı İnsanlarla rahat ünsiyyət qurma bacarığı Əmək haqqı - 250 manat İş qrafiki: 1-5-ci günlər 10:00-dan 19:00-dək; 6-cı gün –yarım gün Maraqlanan namizədlər öz CV-lərini  vacancy@avirtel.az  elektron poçt ünvanına email başlığında "Ön Ofis Təmsiçisi" qeyd etməklə göndərə bilərlər.

"Manage your Project 4" layihəsinə start verilir

Image
Cavan yeni layihəyə qeydiyyat elan edir! “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi "Manage your Project 4" layihəsinə start verir. 📃 Layihə çərçivəsində 25 iştirakçı seçiləcək, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında təlimlər keçiriləcək. 🤗 Qeyd edək ki, layihə 6 həftə ərzində həyata keçiriləcək. Təlimlər nəzəri və praktiki olmaqla 2 hissəyə ayrılacaq. Bununla da gənclər öz ideyalarını layihə formasına sala biləcəklər. 🗓 Layihə 21 sentyabr tarixindən başlayaraq Gənclərin İnkişaf və Karyera Mərkəzində baş tutacaq. 📌 Qeydiyyat linki: https://bit.ly/2k33rdk Müraciət üçün son tarix: 13 sentyabr #cavan #manageyourproject #project #baku #kgb #azerbaijan

"Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı" mövzusunda ÖDƏNİŞSİZ seminar

Image
"Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı" mövzusunda ictimayyətə açıq ödənişsiz elmi-marifləndirici seminar. Aktivləri 3 trilyon ABŞ dollarına çatan və hər il 10-12 % artım tempi göstərən İslam maliyyə məhsulları bu sistemin dünya iqtisadiyyatında əhəmiyyətini göstərir. Müasir iqtisadi sistemlərdən fərqli olaraq İslam iqtisadiyyatı Qurani-Kərim və Peyğəmbərimiz aleyhissalamın ticarətlə bağlı tövsiyələrinə, o cümlədən şərqin mütəfəkkirlərinin iqtisadi fikirlərinə əsaslanır. ✅ Mövzular: 1. Anar Yusufzadə (📄haqqında məlumat: http://bit.ly/2PnNzkv ) İslam İqtisadi Sistemi a. İslam İqtisadi Sisteminin Əsasları b. Dünyada İslam İqtisadiyyatının Mövcud Vəziyyəti 2. Ruslan Atakişiyev (📄haqqında məlumat: http://bit.ly/2ziVQvh ) Azərbaycan reallığında İslam İqtisadiyyatı. a. Müstəqillik dövründə İslam maliyyəsi və bankçılığının inkişafına baxış. b. Şərikli Biznes: İslam maliyyəsinin Müşarəkə alətidir. ✅ Seminarın proqramı: - Açılış və salamlama - Ekspertlərin çıxışı. - İQRAM-la tanı...

"Gənclərin həyatında sosial şəbəkələrin rolu: mənfi və müsbət cəhətləri" mövzusunda təlim keçiriləcək

Image
📢 Əziz gənclər, 7 sentyabr tarixində saat 11:00 da Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı ( Great SILK WAY - International Youth Union ) tərəfindən təşkil edilən "Gənclərin həyatında sosial şəbəkələrin rolu: mənfi və müsbət cəhətləri" mövzusunda təlim keçiriləcək. 👍 Təlim çərçivəsində həyata keçiriləcək fəaliyyətlər aşağıdakılardır: ✔ Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı haqqında təqdimat ✔ Mövzuyla bağlı seminar və sessiyasının keçirilməsi ✔ Böyük İpək Yolu və Binəqədi  Gənclər Evinin nümayəndələrinin moderatorluğu ilə mövzu üzərində interaktiv müzakirələrin keçirilməsi 🗣 Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://docs.google.com/…/1IbX3K0woS6Xi3XTz5v35FgMipjQ…/edit 📣 Son qeydiyyat tarixi: 06.09.2019, 18:00 ☎  Əlaqə nömrəsi: (012) 561 92 02 📲  Mobil & WhatsApp: (055) 423 92 02 📍 Ünvan: Binəqədi Gənclər Evi  🏠  (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37) 📧 Email ünvanı: E-mail: info@bge.az # Baku ...

"Speak out” natiqlik məktəbinin iştirakçısı ol!

Image
Speak out” natiqlik məktəbinin iştirakçısı ol! Azərbaycan Gənclər Fondunun ( Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation ) maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən 10-14 sentyabr tarixlərində Şəki şəhərində “Speak out” natiqlik məktəbi keçiriləcək. Natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan olmaqla (Abşeron, Dağlıq Şirvan, Quba-Xaşmaz, Ş.Aran, Mərkəzi Aran və Q.Aran, Yuxarı Qarabağ, Lənkəran,Gəncə-Qazax və Şəki-Zaqatal a Regionları) gənclər iştirak edəcək. “Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının artırılması, mövzuların araşdırılmasında kömək edilməsi, gənclərin araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, komanda ruhunun və fəallıqlarının artırılmasıdır. Layihəyə qoşulan gənclər natiqlik, fərdi inkişaf təlimləri ilə yanaşı həm debat, həmçinin də intellektual oyun və yarışların iştirakçısı olaraq praktiki biliklərə yiyələnəcəklər. Sən də natiqlik qabiliyyətini...

Tələbələr üçün əla fürsət!

Image
Dəyərli tələbələr, ELSA tərəfindən səkkizinci dəfədir təşkil olunan European Human Rights Moot Court Competition’a (EHRMCC) komanda göndərilməsi üçün artıq qeydiyyat başlamışdır. Bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində həyata keçirildiyini və qərarların hansı meyar və əsaslara görə qəbul edildiyini daha dərindən mənimsəmiş olacaqlar. Komandaların seçim mərhələsi müsahibə yolu ilə aparılacaqdır. Seçilən hər bir komanda üçün “Coach” təyin olunacaqdır. Şifahi çıxış mərhələsinə keçmək üçün komandalar memorandum mərhələsini uğurla başa vurmalıdırlar. Final raunduna çıxma şansı qazanan komandalar Fransanın Strasburq şəhərində çıxış edəcəklər. İştirakçılara qoyulan tələblər: 1. 15 sentyabr 2019-cu il 23:59 tarixinədək qeydiyyatdan keçməlidirlər; 2. EHRMCC’də yalnız hüquq tələbələri (bakalavr - 2 və daha yuxarı kurslar - və magistr) iştirak edə bilər. Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://f...

Açıq Havada Sərgi • Açılış

Image
Prospekt layihəsi çərçivəsində Art Garden Ganja və Uğurlu Qadınlar Klubunun birgə dəstəyi ilə 28.09.2019 tarixində əl işləri sərgisi keçiriləcək. Sərgi gün boyu açıq havada və "Art Garden" incəsənət məkanının sərgi zalında baş tutacaq. Məqsədimiz yerli istedadlara dəstək olmaqdır, onların yaradıcılığını nümayiş etdirməklə digər həvəskar istedadlarda da stimul yaratmaqdır. Sərgidə peşəkar və həmçinin bu yolda ilk addımlarını atan gənclər də iştirak edə bilər və nümayiş etdirdikləri əşyalarını sata bilərlər. Ətrafınızda istedadlı gənclər varsa onları da bizim Əl İşləri Sərgisinə yönləndirin. Sərgidə taxta, metal, parça, şüşə və digər materiallardan və yemək məhsullardan ibarət olan işlər təqdim oluna bilər. Giriş və iştirak ödənişsizdir. Qeydiyyat forması: http://bit.ly/2kgs7iP Əl işləri Sərgisində iştirak etmək istəyən hər kəs bizimlə əlaqə saxlasın və öz işlərinin foto və videolarını aşağıdakı ünvana göndərə bilərlər Əlaqə: 070 5073797, WP: 0559910290 Email: undomix@gmail.com...

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Image
Matrix Training Center bütün alqoritm, AI və oyun sevərləri yeni bir təlimə dəvət edir. Proqramlaşdırma trendinin dünyadakı dəyişmə və inkişaf qrafikası, eyni ilə də ölkəmizin bu trenddən geri qalması hərkəsə məlumdur. Bəs bu trendə düşmək üçün proqramlaşdırma dillərinə necə və hansı strukturla yanaşmaq lazımdır? ✔Təlimin ilk hissəsində əsas məqsəd qlobal proqramlaşdırma trendləri arasına çıxa bilmək üçün edə biləcəklərinizi aşılamaq, alqoritmlərin bütün dünyadakı lakin Azərbaycanda nəzərə alınmayan önəmini analiz etmək və alqoritmik düşünə bilmək üçün hansı yollardan istifadə edə biləcəyinizi öyrətməkdir. ✔İkinci hissədə isə virtual süni intellektlər haqqında maraqlı müzakirə və onların yaradılması, bununla yanaşı oyun proqramlaşdırması sənayesinə başlayanlar üçün ilkin praktiki və nəzəri məlumatlar izləyicilərə təqdim olunacaqdır. 🔺Seminara İT ilə məşğul olanlar, bu sahəyə marağı olanlar,  faydalı məlumatlar əldə etmək istəyənlər qoşula bilər. Tarix : 09.09.2019 | 17:00 Qeydiyya...

Azərbaycan Turizm Forumu 2019

Image
🇦🇿 Həyəcanverici Turizm Dünyası səni gözləyir! Azərbaycan Turizm Forumu turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyaraq, turizmin inkişafı və həlləri üçün müxtəlif yolların axtarışına iştirakçılarla birlikdə başlayır. Azərbaycan Turizm Forumu Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır ki, burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes qurmaq istəyən hər kəsi bir araya gətirir. Əlaqələr yaratmaq və şəbəkələşmə Azərbaycan Turizm Forumunun əsas istiqamətlərindən biridir. 18 sentyabr, 2019 - ƏNƏNƏVİ BAKI Görüşümüz baş tutacaq! Qeydiyyat linki:  https://www.eventbrite.com/e/azerbaijan-tourism-forum-tickets-69338909545?aff=ehomecard 🇬🇧 Exciting Tourism World is waiting for you! Azerbaijan Tourism Forum focuses on organizing tourism related events and networking meetings in different parts of the country ...

Indian Shopping Festival

Image
Hindistan Sərgisi - 30 avqust - 8 sentyabr 30 avqust - 8 sentyabr tarixlərində "BAKIDA HİNDİSTAN GÜNLƏRİ" sərgisi keçiriləcək. Bol çeşidli məhsullarla dolu bu möhtəşəm sərgidə hər birinizi gözləyirik. BEST OF INDIAN SHOW-a GİRİŞ PULSUZDUR! 🏛  Məkan: Bakı İdman Sarayı 📍  Ünvan: M. Hüseynov, 26A

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi gənclər üçün təcrübə proqramı elan edir!

Image
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi gənclər üçün təcrübə proqramı elan edir! "Təcrübə+" proqramına siz aşağıda qeyd olunan sahələr üzrə müraciət edərə bilərsiniz: •Layihələrlə iş •SMM •Könüllülərlə iş •Xarici əlaqələr Seçim iki mərhələdən ibarət olacaq: İlk mərhələdə müraciətlərin qəbulu; Növbəti mərhələdə isə fərdi müsahibələrin keçirilməsi baş tutacaq. Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər sertifikat ilə təltif olunacaqlar. "Təcrübə+" proqramına müraciət etmək üçün tələblər: – Ali təhsil müəssisənin bakalavr pilləsi və ya magistratura I kursunda təhsil almalı; – Öyrənməyə həvəsli olmalı; – Məsuliyyətli olmalı; – Komanda ilə işləmə bacarığı olmalı; Qeydiyyat linki: https://forms.gle/42TgKNZnPPSKp5Qn9 Son müraciət tarixi: 15.09.19, 23:59

Psixologiya Elmi-Tədqiqat İnstitutu Könüllülük Fəaliyyət Proqramı

Image
Psixologiya Elmi-Tədqiqat İnstitutu  çoxsaylı müraciətləri nəzərə alaraq artıq üçüncü dəfə Könüllü Fəaliyyət Proqramı üzrə qəbul elan edir. Könüllü Fəaliyyət Proqramına qəbul olmaq üçün namizədə verilən tələblər bunlardır: 1. Psixologiya ixtisası üzrə ali təhsil; 2. Kompyuter bacarıqları; 3. Azərbaycan dilində səlist danışıq; 4. Xarici dil biliyi; 5. Yaş məhdudiyyəti: 18-25 yaş. Qəbul 2 mərhələdən ibarətdir: 1. Online qeydiyyat; 2. Müsahibə. Qeydiyyatdan keçmək üçün link:  https://docs.google.com/forms/d/1BkCoPt8YHKrrRiAp07Xst1GM2F_k0jdWYRXtJhjXFQo/viewform?edit_requested=true Qeydiyyat bitdikdən sonra müsahibə mərhələsi baş tutacaq, müsahibədən uğurla keçənlər Könüllü Fəaliyyət Proqramına qəbul olacaqlar. Könüllü Fəaliyyət Proqramı 3 ay müddətində ( 01.10.2019 - 31.12.2019) davam edəcək və 3 ayın sonunda hər bir könüllüyə Könüllü Fəaliyyət Proqramı ilə bağlı institutun rəsmi sənədi təqdim ediləcək. Son müraciət tarixi: 20.09.2019 Bizimlə əlaqə: 070 268 27 08 ( mob/what's App)...

Boş vaxtını bizimlə dəyərləndir!

Image
# BGEFreetime Əziz gənc, əgər sən öz həyatına rəng qatmaq istəyirsənsə, asudə vaxtını necə keçirmək haqqında düşünürsənsə, 4 sentyabr saat 15:00- da Binəqədi Gənclər Evində #BGEFreetime sənə seçimlər təklif edir!  😍  “Free Time club”a qeydiyyatdan keç və aşağıda qeyd edilən maraqlı, əyləncəli oyunlar ilə istirahətini yadda qalan et!  🤩 👏🏻 ✔ Uno ✔ Puzzle ✔ Mafia ✔ Şaşki ✔ Şahmat ✔ Stolustu tennis ✔ Janqa ✔ Bilyard ✔ Karoke ✔ Him-Cim ❗ Qeyd edək ki, Binəqədi Gənclər Evində fəalliyyət göstərən klublarda iştirak ödənişsizdir. 🗣  Qeydiyyat linki: https://docs.google.com/…/1olQp55WLtQtrM4BpkgkUUY…/viewform… 📣 Son qeydiyyat tarixi: 3 sentyabr, 16:00 ☎  Əlaqə nömrəsi: (012) 561 92 02 📲  Mobil & WhatsApp: (055) 423 92 02 📍  Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37) 📧  Email ünvanı: info@bge.az # Baku   # Bineqedi   # BinagadiGe   # BineqediGenclerEvi   # BGE   # gencler ...