"Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı" mövzusunda ÖDƏNİŞSİZ seminar
"Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı" mövzusunda ictimayyətə açıq ödənişsiz elmi-marifləndirici seminar.
Aktivləri 3 trilyon ABŞ dollarına çatan və hər il 10-12 % artım tempi göstərən İslam maliyyə məhsulları bu sistemin dünya iqtisadiyyatında əhəmiyyətini göstərir. Müasir iqtisadi sistemlərdən fərqli olaraq İslam iqtisadiyyatı Qurani-Kərim və Peyğəmbərimiz aleyhissalamın ticarətlə bağlı tövsiyələrinə, o cümlədən şərqin mütəfəkkirlərinin iqtisadi fikirlərinə əsaslanır.
✅ Mövzular:
1. Anar Yusufzadə (📄haqqında məlumat: http://bit.ly/2PnNzkv)
İslam İqtisadi Sistemi
a. İslam İqtisadi Sisteminin Əsasları
b. Dünyada İslam İqtisadiyyatının Mövcud Vəziyyəti
2. Ruslan Atakişiyev (📄haqqında məlumat: http://bit.ly/2ziVQvh)
Azərbaycan reallığında İslam İqtisadiyyatı.
a. Müstəqillik dövründə İslam maliyyəsi və bankçılığının inkişafına baxış.
b. Şərikli Biznes: İslam maliyyəsinin Müşarəkə alətidir.
✅ Seminarın proqramı:
- Açılış və salamlama
- Ekspertlərin çıxışı.
- İQRAM-la tanışlıq
- Sual-cavab
🗓 Seminarın başlama tarixi: 7 sentyabr 2019; 15:00
🕒 Seminarın müddəti: 2.5 saat
📌Seminarın məkanı: Ruma Expo Hotel
📝Qeydiyyat üçün: http://bit.ly/30Edwxo
Seminarda iştirak edə bilmək üçün öncədən qeydiyyatdan kemək şərtdir. Qeydiyyat zəng, whotsap, e-mail və ya link vasitəsiylə ola bilər.
🎗Seminar iştirakçılarına hədiyələr də nəzərdə tutulur.
📞Bizimlə əlaqə saxlayın (Whatsapp):
☎ 012 432 71 75:
📱 051 340 39 13
📱 070 727 99 20
📧 e-mail: iqram.office@gmail.com
🌐www.ser.az
🔎 Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 41/2
Bizi izləyin:
Facebook : @iqram
İnstagram: @iqram_az.
Twitter: @iqram_az
İslam iqtisadiyyatının praktiki tətbiq olunması əsasən İslam maliyyəsində müşahidə edilir. İslam maliyyəsi konkret bir maliyyə vasitəçiliyinə sahib olmaqla yanaşı sərmayə artırmaqla bağlı güclü və effektiv bir yanaşma kimi beynəlxalq səviyyədə qəbul edilmişdir. Misal olaraq, Dünya Bankı İslam maliyyəsinin qeyri-müsəlman ölkələr də daxil olmaqla dünya səviyyəsində maliyyənin inkişafı üçün də effektiv bir vasitə kimi ortaya çıxdığını müşahidə etmişdir. Əsas maliyyə bazarları İslam maliyyəsinin qlobal maliyyə sistemində artıq genişləndiyini və ifrat yoxsulluğa son qoymaq və ortaq rifahın artması kimi hədəflərə çatmaq üçün töhfə vermək potensialına sahib olduğunu qəbul edir. Reuters və DinarStandardın (2016) dərc etdiyi Qlobal İslam İqtisadiyyatı Hesabatına görə İslam maliyyə bazarı, bütün maliyyə qurumları tərəfindən elan edilən 2015-ci il aktivlərinə əsasən 2 trilyon ABŞ dolları dəyərində aktivlərə malikdir. Bu dəyər, 2014-cu ildəki 1,81 trilyon və 2013-cu ildəki 1,65 trilyon ABŞ dolları məbləğində olan təxmini dəyərin daha da böyüdüyünü göstərməkdədir. Trend faiz dərəcəsi illik artımın 2014-cü ildəki 9,7% -dən 2015-ci ildə 10.5% -ə yüksəldiyini göstərir.
Ölkəmizdə əhalinin sahibkarlığa meylinin günü-gündən artdığı, Bankların hələ də yüksək faiz dərəcələri ilə kredit verdiyi və əsas hədəflərinin də istehlak kreditləri olduğu bir dövrdə İslam maliyyə alətlərinin tətbiqi günün aktual məsələlərindəndir.
Seminarda İslam maliyyə alətlərinə toxunmaqla yanaşı hal-hazırda biznesdə tətbiqi mümkün olan yollardan da bəhs olunacaqdır.
