Açıq Havada Sərgi • Açılış


Prospekt layihəsi çərçivəsində Art Garden Ganja və Uğurlu Qadınlar Klubunun birgə dəstəyi ilə 28.09.2019 tarixində əl işləri sərgisi keçiriləcək. Sərgi gün boyu açıq havada və "Art Garden" incəsənət məkanının sərgi zalında baş tutacaq.
Məqsədimiz yerli istedadlara dəstək olmaqdır, onların yaradıcılığını nümayiş etdirməklə digər həvəskar istedadlarda da stimul yaratmaqdır.
Sərgidə peşəkar və həmçinin bu yolda ilk addımlarını atan gənclər də iştirak edə bilər və nümayiş etdirdikləri əşyalarını sata bilərlər. Ətrafınızda istedadlı gənclər varsa onları da bizim Əl İşləri Sərgisinə yönləndirin.
Sərgidə taxta, metal, parça, şüşə və digər materiallardan və yemək məhsullardan ibarət olan işlər təqdim oluna bilər.
Giriş və iştirak ödənişsizdir.

Qeydiyyat forması: http://bit.ly/2kgs7iP

Əl işləri Sərgisində iştirak etmək istəyən hər kəs bizimlə əlaqə saxlasın və öz işlərinin foto və videolarını aşağıdakı ünvana göndərə bilərlər
Əlaqə: 070 5073797, WP: 0559910290 Email: undomix@gmail.com

Qeyd edək ki, bu gün yeni Əl İşləri Yarmarkasının təqdimatıdır. Bu gündən etibarən hər həftəsonları məkanımızda açıq hava bazarı baş tutacaq.

Prospekt
160 A. Vaqif Küçəsi, Gəncə şəhəri
070 5073797

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!