Gənc həvəskar fotoqrafların “Bura Vətəndir” adlı yay düşərgəsi təşkil edilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl rayonunda “Bura Vətəndir” devizi ilə gənc həvəskar fotoqrafların yay düşərgəsi təşkil edilib. Düşərgənin açılışında çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin qeyri-formal təhsil vasitəsilə maarifləndirilməsi, yaradıcılıqlarının inkişafı və asudə vaxtlarının səmərəli təşkilidir. Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Gənclər Fondunun aparıcı məsləhətçisi Ülvi Adıgözəlov Fondun fəaliyyətinin çoxşaxəli olduğunu deyib. O, gənclərin ideyalarını gerçəkləşdirmək üçün təmsil etdiyi qurum tərəfindən gələcəkdə də bir sıra müvafiq addımlar atılacağını qeyd edib. İctimai Birliyin icraçı direktoru, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 5 gün ərzində düşərgədə gənclərə sağlam qidalanma və düzgün həyat tə...