Gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsi | AzGF
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) gənclər təşkilatlarını 12-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini bu gündən (4 iyun 2019-cu il) təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Layihə təklifləri üçün son müraciət tarixi: 4 iyul 2019, saat 18:00.
Daha ətraflı: https:// youthfoundation.az/48071
