LEAD Education Təhsil və Innovasiya Mərkəzi Təcrübəçi axtarır
Əziz dost!
Bizimlə birlikdə soyuq qış günlərində sınaqlarda dona-dona nəzarətçi olub xəstələnməyə, isti yay günlərində qızmar günün altında qaralaraq zaqar almağa, whatsapp qrupunuzda sizi yorduğumuzdan şikayətlənməyə, budilnikin səsinə yuxudan durub işə tələsik, ac qaçmağa, bir sözlə özünə zülm etməyə hazırsan? Elə isə buyur
LEADerlər yetişdirən LEAD Education həm ailəmizə üzv, həm də təcrübəçi qəbulu elan edir. Çox üstünlüklərimiz var. Sadəcə həqiqətən bizimlə birlikdə təcrübə keçmək, yaxşı gündə də pis gündə də bizimlə olmaq istəyirsənsə linkdə olan məlumatları doldurmağa səbrin olsun. Gerisi bizlikdir! Gəlin, görün neynirik!
Əlavə məlumat və suallarınız üçün :
0519033090 - whatsapp
0776413000 - mobil
Son qeydiyyat tarixi : 25.10.2019
