Kapital Bankdan İT Tələbə Təqaüd Proqramı






Azərbaycanın birinci bankı Kapital Bank –ın layihəsinə qoşul, təqaüd əldə et, təhsilinə dəstək al və misilsiz bir təcrübə qazan. Ali məktəblərdə informasiya texnologiyaları istiqaməti üzrə təhsil alan 4-cü kurs və magistratura tələbələrini bu böyük fürsətdən yararlanmağa dəvət edirik.

Nə əldə edəcəksiniz?

Layihəyə seçilən iştirakçıları 20 tələbə Kapital Bank-da ödənişli əsaslarla təcrübə keçəcək, təhsil haqqı bank tərəfindən ödəniləcək və intensiv təlim imkanları qazanacaqlar.
Bank sektorunun təcrübəli Kapital Bank heyətindən ilk peşəkar təcrübə fürsəti;
Əməkdaşlıq etdiyimiz beynəlxalq şirkət olan IBM tərəfindən təşkil olunacaq təlimdə iştirak şansı;
Təhsil haqqı qayğısından azad olmaq və yalnız peşəkar inkişafa fokuslanmaq;


Hər ay bank tərəfindən təqaüd qazanmaq.

Müraciət etmək üçün uyğunsunuzmu?
Proqramlaşdırma sahəsi ilə maraqlanırsınızsa və dünya trendlərini izləyirsinizsə;
Ünsiyyət qurmaq bacarığınız varsa və komanda iştirakçısınızsa;
Qeyd olunan istiqamətlərlə ümumi məlumatlısınızsa: Java 8, Spring, Swift, SQL, PL/PgSQL, Javascript, CSS & HTML, React, Angular, RESTful, SOAP.



O ZAMAN İNDİ MÜRACİƏT EDİN!


Son müraciət tarixi 15 Noyabr 2019


CV-nizi recruitment@kapitalbank.az elektron ünvanına mövzu hissəsində

“İT Tələbə Təqaüdü proqramı v2.0” qeyd etməklə göndərməyiniz xahiş olunur.

Daha ətraflı: https://kapitalbank.az/career/IT-Telebe-Teqaudu-proqrami-225






Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!