Bakı şəhər halqası- 2ci Karyera Yarmarkasında iştirak forması




29-30 oktyabr 2019-cu il tarixində Bakı Şəhər Halqası Akademiyası və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə “Böyük imkanlara kiçik addım” adlı İkinci karyera yarmarkası Bakı Şəhər Halqası (BŞH) Akademiyasında təşkil ediləcək.

Yarmarkada neft-qaz, bank, otel xidmətləri, maliyyə, hüquq, telekommunikasiya, təhsil, texniki sahələr, marketing və bu kimi istiqamətlərdə vakansiyalar təqdim ediləcəkdir. Yarmarkada hər kəs iştirak edə bilər. İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır:


Qeydiyyatda seçdiyiniz vaxtda BCC Akademiyaya yaxınlaşaraq yarmarkada iştirak edə bilərsiniz. Yarmarkaya gələrkən özünüzlə bir neçə nüsxədə cv-nizi götürməyi unutmayın.

Ünvan: Z. Əliyeva küçəsi 93. BEGOC Biznes Mərkəzi 1-ci mərtəbə.

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!