"Beynəlxalq Qonşuluq" adlı təhsil səfəri


Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri 

Hər birinizi Finlandiyada baş tutacaq “Beynəlxalq Qonşuluq” adlı təhsil səfərində iştirak etməyə dəvət edirik

Tarix: 14-18 Oktyabr, 2019
Məkan: Lappeenranta, Finlandiya

Məqsəd: Səfər regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının insan resursları baxımından çəkdiyi çətinlikləri nəzərə alaraq təşkil olunmuşdur. Səfərin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinə az resursla fəaliyyət göstərərək, beynəlxalq tədbirləri təşkil etməyin mümkünlüyünü praktiki cəhətdən öyrətməkdir.

İştirakçı üçün tələblər:
18-30 yaş;
Gənclər təşkilatı üzvləri (region təşkilatlarına üstünlük verilir)

Xərclər:
Səyahət, yemək və qonaqlama xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

Müraciət üçün son gün: 6 Sentyabr, 2019


Məlumat və müraciət üçün link: https://bit.ly/2Z9gIQm

Nəticələrin elan olunma tarixi: 17 Sentyabr

Qeyd 1: Tədbir böyük şəhərlərdən kənarda fəaliyyət göstərən kiçik yerli təşkilatların əməkdaşları üçün nəzərdə tutulmuşdur. Məqsəd kiçik təşkilatların təqdimatına köməklik göstərmək və həmin təşkilatlarda çalışan gənclər sahəsi işçilərinin şəxsi-inkişafına yardım göstərməkdir.
Paytaxtda fəaliyyət göstərən nüfuzlu təşkilatların müraciəti qəbul olunmayacaqdır.


Qeyd 2: Tədbirə müraciət edən şəxslərin öz CV-lərini (İngilis dilində) aşağıda qeyd olunan elektron poçt ünvanına yollamağınızı xahiş edirik.
Əlaqə: international@nayora. az

Qeyd 3: Müraciət formasını ilə bağlı sual və çətinlik yaranarsa bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqə:
E-mail: international@nayora. az
Telefon: +994125975619

#NAYORA #AzeYouthPolicy #Youth4SDGS

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!