“İrəli” İctimai Birliyi təcrübə proqramı elan edir!


“İrəli” Təcrübə Proqramında iştirak üçün siz aşağıda qeyd olunan katibliklər üzrə müraciət edə bilərsiniz:
– İnsan resursları katibliyi;
– İdarəetmənin təşkili;
– Mətbuat Katibliyi;
– “İrəli” Media Mərkəzi
– Beynəlxalq əlaqələr katibliyi;
– Layihələrlə iş üzrə katiblik;
– Sosial iş;

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: müraciətlərin qəbulu;
2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi.

Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqlar.
Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:
– 17-25 yaş aralığında olmalı;
– İşində yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı;

Əgər siz də, ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun!

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 5 sentyabr 18:00 2019-cu il.
Qeyd - Bu təcrübə proqramı “İrəli” Radio Təcrübə Proqramına daxil deyildir.
- Təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.

Qeydiyyatdan keçmək üçün link: http://ireli.az/2019/08/ireli-tecrube/ 

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!