Digital Youth Hub layihəsinə qeydiyyat başladı!




Rəqəmsal marketinqə həvəsi və bacarığı olan gəncləri 3 ay davam edəcək marafona gözləyirik. Layihə ərzində gənclərin rəqamsal marketinq üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulmuşdur.
Proqram ərzində iştirakçılara rəqəmsal marketinqlə bağlı peşəkarlar tərəfindən təlimlər keçiriləcək, təlimləri uğurla başa vuran namizədlər ölkənin aparıcı dövlət və biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcək və sonda öyrəndikləri əsasında dijital kampaniyalar keçirəcəklər.
Layihə iştirakçıları qeydiyyat və müsahibə mərhələlərinin nəticələrinə əsasən seçiləcək.

Layihədə iştirak ödənişsizdir. İştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://digiyouth.az/qeydiyyat/

Qeydiyyat üçün son tarix: 10.09.2019

#Qeydiyyat #DigitalYouthHub #DigitalYouthHub2019 #Digital #Youth #Rəqəmsal #Gənclik #Gənclər #tezliklə

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!