Dayanıqlı İnkişaf Məqsədləri | Konfrans




🗓 18 May 2019-cu il tarixindəADA Universitetində keçiriləcək "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının workshop təlimçiləri ilə tanış olun!

🔹Konfransda “Düşüncəni dizaynlaşdır” mövzusunda WoWoman platformasının təsisçisi Zərəngiz Hüseynova, “Dayanıqlı İnkişaf Məqsədlərinin rəqəmsal təbliği” mövzusunda Rəşad Hüseynov, “Gənclər Təşkilatlarının gündəlik fəaliyyətində dayanıqlılığın təbliği” mövzusunda İqlim dəyişikliyi və dayanıqlı inkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, “Gənclər Təşkilatlarının fəaliyyətində düzgün Dayanıqlı İnkişaf Məqsədləri hədəflərinin seçilməsi” mövzusunda Holcim Azərbaycan ASC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəna Tahirova çıxış edəcək.

🔸Layihə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən həyata keçirilir.

✔️ Məqsəd:
Layihənin əsas məqsədi Gənclər Təşkilatları nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyət planlamasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri önündə təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin daha dayanıqlı inkişafında töfhə vermək və dəstək olmaqdır.

🤝 Tərəfdaşlar:
Layihənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.

➡️ Qeyd: Regiondan seçiləcək iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin ediləcəkdir.

🔗 Ətraflı məlumat üçün: http://bit.ly/2LCL6RA
🔗 Qeydiyyat üçün keçid: http://bit.ly/2XWJVgY

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!