Posts
Showing posts from May, 2019
Gənc liderlərimiz üçün “GəncLİK” Proqramı!
- Get link
- X
- Other Apps
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ( ASAN Xidmət ) və Azərbaycan Respublikasının Gənclər Fondunun ( Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation ) birgə həyata keçirdiyi “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir. “GəncLİK” proqramın məqsədi gənclərin liderlik qabiliyyətlərin in inkişaf etdirilməsi, onların potensialının hərtərəfli təkmilləşdirilm əsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xarici mütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq. Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşv...
Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə
- Get link
- X
- Other Apps
Gənclər Fondu “Xaricdə təhsilin maliyyələşdiril məsi üzrə Müsabiqə” elan edir! Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdiril məsi Fonda həvalə olunmuşdur. Bununla əlaqədar, bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdiril məsi üzrə müsabiqəyə start verir. Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Fondun rəsmi internet səhifəsində ( www.youthfounda tion.az ) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer al...
Expressbank təcrübə proqramına start verir!
- Get link
- X
- Other Apps
Vəzifə: Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları üzrə: Gəncə, Qusar, Bərdə, Şirvan) Tələblər: – Ali təhsil – Təhlil etmə bacarığı; – Ünsiyyət qurma və komandada işləmək bacarığı; – Yaş həddi – 25 yaş; Vəzifə öhdəlikləri: – Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək; – Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək; – Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; – Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək; Əsas üstünlüklər: – Azərbaycanın aparıcı banklarının birində iş təcrübəsi qazanmaq; – AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi; – Təcrübə müddəti ərzində nəzərdə tutulan əmək haqqı 190 AZN. Əlaqə vasitələri Telefon: 050 444 41 32 Email: info@expressban k.az Ünvan: Atatürk pr., Y.B.Çəmənzəminl i küç 134 C
“BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində
- Get link
- X
- Other Apps
Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər 10-12 may 2019-cu il tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək veriblər. Tədbirin açılış mərasimində Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev iştirak edib. 31 ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 40-a yaxın yüksək dil biliyinə malik “BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “BİR” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib. “Böyük dəbilqə” beynəlxalq turnirinin hər ...
Dayanıqlı İnkişaf Məqsədləri | Konfrans
- Get link
- X
- Other Apps
🗓 18 May 2019-cu il tarixindəADA Universitetində keçiriləcək "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının workshop təlimçiləri ilə tanış olun! 🔹Konfransda “Düşüncəni dizaynlaşdır” mövzusunda WoWoman platformasının təsisçisi Zərəngiz Hüseynova, “Dayanıqlı İnkişaf Məqsədlərinin rəqəmsal təbliği” mövzusunda Rəşad Hüseynov, “Gənclər Təşkilatlarının gündəlik fəaliyyətində dayanıqlılığın təbliği” mövzusunda İqlim dəyişikliyi və dayanıqlı inkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, “Gənclər Təşkilatlarının fəaliyyətində düzgün Dayanıqlı İnkişaf Məqsədləri hədəflərinin seçilməsi” mövzusunda Holcim Azərbaycan ASC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəna Tahirova çıxış edəcək. 🔸Layihə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən həyata keçirilir. ...
He For She - gender əsaslı zorakılığa qarşı təlim
- Get link
- X
- Other Apps
Əziz gənclər, AYAFE Gənclər Təşkilatı və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə gənclər üçün male2male metodu əsasında keçirilən " # HeForShe - gender əsaslı zorakılığa qarşı" təlimi elan edilir! Biz inanırıq ki, gender əsaslı zorakılığının qarşısının alınmasında yalnız qadınlar yox, həm də kişilər aktiv iştirak etməlidir. # Male2Male metodu xarici ölkələrdə geniş yayılmış bir metod olmaqla yanaşı, öz effektivliyini də bir çox hallarda sübut etmiş metoddur. Tarix: 18.05.2019, saat 10:30 Məkan: Sabunçu Gənclər Evi Qeydiyyat linki: https://forms.gle/4HvujsryEik9VFFA8 Qeydlər: 1) Təlimdə yalnız kişilər/oğlanlar iştirak edə bilərlər. 2) İştirakçı sayı təlimin maksimum effektiv alınması üçün məhdudlaşdırmışdır. Motivasiyalarına əsasən 15 nəfər təlimdə iştirak hüququ qazanacaqdır.
Sahibkarlıq Sənəti | Ödənişsiz təlim
- Get link
- X
- Other Apps
Rise Manat Consulting şirkətinin və ORKHANWAY Coaching təşkilatçılığı ilə "Sahibkarlıq Sənəti" adı altında təlim keçiriləcək. Təlimdə iştirak edəcək 3 şəxsə Ödənişsiz maliyyə və mühasibatlıq xidmətləri hədiyyə ediləcək. Təlim Biznesin Beynəlxalq standartları əsasında keçiriləcək. Belə ki,iştirakçılar Biznesin Strateji Planlaşdırılması forması fərqli formada öyrənəcək və real proseslərə fokuslana biləcəklər. Qeyd: Təlimdə iştirak üçün qeydiyyat mütləqdir. Ancaq qeydiyyatı təsdiqlənən şəxslər təlimdə iştirak edə biləcəklər. Təlim ÖDƏNİŞSİZDİR və təlimə qatılacaq şəxslərə iştirakçı sertifikatı veriləcək. Təlimin mövzuları: Modul 1 - Sahibkarlıq nədir? - Sahibkar olmağın riskləri nələrdir və bu risklərdən necə sığortalana bilərik? - Həm şəffaf mühasibatlıq aparıb həm yüksək mənfəət əldə etmək?! - Biznes plan nədir və necə hazırlanmalıdır? - Biznesin inkişafı üçün hansı addımlar atılmalıdır? - Biznes risk nədir? Modul 2 - Sahibkarlıq sahəsində motivasiya - İşə fokuslanma və davam...
Socar AQS Career Fair
- Get link
- X
- Other Apps
Dear alumni and students! SOCAR AQS in collaboration with the U.S. – Educated Azerbaijani Alumni Association will be hosting the SOCAR AQS Career Fair 2019 on May 11th! Participation in a Career Fair is a great way for you to connect and network with representatives of employing organizations. The Career Fair will provide you with access to employers seeking talented candidates in every discipline, from health care to finance, education, telecommunications, computer science and everything in between. Admission is free. The event will include series of training sessions and a Job Fair. Please find below the list of the departments that will be represented on the event: Project Management Department Tender Department Public Relations Department Human Resources Department Learning and Development Department Operations Department Drilling Department Geology Department Procurement Department Logistics Department Warehouse Department Contracts Department Legal Depar...