Rəqəmsal Hüquq və Yaradıcı Düşüncə | SEMİNAR


Milli Hüquq Evinin təşkilatçılığı ilə çoxsaylı müraciətləri nəzərə alaraq ikinci dəfə "Rəqəmsal Hüquq və Yaradıcı Düşünmə" mövzusunda tam ödənişsiz Seminar keçiləcəkdir. Seminar Rəqəmsal Marketinq üzrə mütəxəsis, Biznes Təlimçi Ramid Ağayev, Marketinq və Biznes üzrə Təlimçi, "Orkhanway Coaching" şirkətinin Təsisçisi Orxan Şahbazın təqdimatında keçiriləcəkdir.
Gənclərin İnkişaf Portalına verilən məlumata əsasən, Seminar, rəqəmsal platformalarda, sosial şəbəkələrdə xüsusilə Youtube platformasında istifadəçilərin və müxtəlif kontent yaradıcılarının hüquqlarının qorunması, əqli mülkiyyət anlayışı və hər bir istifadəçinin şəxsi məlumatlarının qorunması və gizlilik anlayışından və həmçinin yaradıcı düşünmə və şəxsi inkşaf üzrə maraqlı mövzuları əhatə edəcəkdir.

📆 Seminarın keçirilmə vaxtı: 09 Mart, Saat 12:00

📍Seminarın keçiriləcəyi yer: Milli Hüquq Evi ( Fətəli Xan Xoyski prospekti 214D) Nərimanov metrosu yaxınlığı

* Seminar ödənişsizdir.
Seminarda iştirak üçün qeydiyyat mütləqdir.

Qeydiyyat

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!