Fərqliliklər gözəldir! layihəsi

Əziz gənclər!

Sizi Gənclərin İnkişaf Portalına verilən məlumata əsasən, Avropa İttifaqı tərəfindən dəstəklənən “PeaCE” proqramı çərçivəsində həyata keçiriləcək “Fərqliliklər Gözəldir!” layihəsinə dəvət edirik. 

Layihə 22-26 mart tarixlərində keçiriləcək və seçilmiş 20 gənc müxtəlif incəsənət alətləri ilə tanış olacaq, incəsənətin ayrı-seçkilik, ksenofobiya və digər sosial problemlərin həllindəki rolu ilə bağlı daha ətraflı məlumat əldə edəcək və həmçinin müxtəlif incəsənət təlimlərində iştirak edəcəklər. 

5 gün ərzində siz, incəsənət bacarıqlarınızı artırmaqla yanaşı, həmçinin münaqişələrin və digər sosial problemlərin səbəbləri və həll üsulları ilə əlaqədar müxtəlif məlumat xarakterli sessiyalarda iştirak edəcəksiniz. 
5 günlük təlimin sonunda iştirakçıların sosial teatr nümayiş etdirməsi nəzərdə tutulub.

Layihədə iştirak tamamilə pulsuzdur və layihə müddətində çay və nahar fasilələri təşkil olunacaq. Sonda iştirakçılara layihədə iştirakla bağlı sertifikat təqdim olunacaqdır. İştirak etmək üçün zəhmət olmasa aşağıdakı qeydiyyat formunu tamamlayın, yalnız seçilmiş müraciətçilərlə əlaqə saxlanılacaq:

Qeydiyyat

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!