Cəmiyyətdə qadın və kişinin 'rolu' | SEMİNAR


Gənclərin İnkişaf Portalı (AzGİP) və Gənc Avropa Səfirləri sizi "Cəmiyyətdə qadın və kişinin 'rolu'" adlı interaktiv seminara dəvət edir. Əgər cəmiyyətdə gender bərabərsizliyi və stereotiplərlə maraqlanırsızsa, qeydiyyat formunu doldurmağa tələsin!

Seminarda siz həmçinin 'Gənc Avropa Səfirləri' şəbəkəsi və Gənc Avropa Səfirləri ilə tanış olacaqsınız. 

Gəlin birlikdə müzakirə edək və maraqlı vaxt keçirdək! 

Tarix: 10 mart, 14:00
Dil: Azərbaycan dili
Məkan: Ares zalı, Landmark III (Otel), 90A Nizami küç., Bakı, Azərbaycan.
Müddət: 2 saat yarım 
Qeydiyyat üçün son tarix: 8 Mart, 18:00

Qeydiyyat 

Iştirak üçün qeydiyyat zəruridir.
Seçilmiş iştirakçılarla əlaqə saxlanacaq. 
Uyğunluq meyarları:
gender bağlı müzakirələrdə iştirak etməkdə həvəsli olmaq.


"Gənc Avropa Səfirləri" təşəbbüsü Avropa İttifaqı Şərq Tərəfdaşlığı layihəsi tərəfindən həyata keçirilən
"Şərq Qonşuluğu" şəbəkəsinin bir hissəsidir.


Gənc Avropa Səfirləri platformasının iştirakçıları təcrübə mübadiləsi edərək gənclərin birbaşa maraq göstərdiyi məsələləri müzakirə edir, unudulmaz təcrübələri paylaşır və daha güclü bir gələcək üçün birlikdə işləyirlər.

Azərbaycanın Gənc Avropa səfirləri haqqında daha ətraflı məlumat =>http://bit.ly/YEAs-Azerbaijan 

Sizin üçün mövcud olan imkanları izləyin: 
http://bit.ly/young-european-neighbours

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!