Turizm sahəsi ilə maraqlananlar üçün TƏCRÜBƏ PROQRAMI
TURİZM SAHƏSİNDƏ TƏLİM VƏ TƏCRÜBƏ PROQRAMI
Azərbaycan bir turizm destinasiyası olaraq dünyada daha çox tanındıqca, ölkəyə gələn turist coğrafiyası da genişlənməkdədir. Bu genişlənmədən Turizm.Az şirkətinin gəlmə turizmlə məşğul olan “Turizm.Az MICE & DMC” markası kənar qala bilməzdi. Bu inkişafda gəlmə turizmi öyrənib ölkənin turizminin inkişafında aktiv iştirak etmək istəyənləri də unutmadıq. Bu səbəblə şirkətimizdə yeni bazarlara daha operativ xidmət edə bilməmiz üçün təlim və təcrübə proqramını elan edirik.
Təlim və təcrübə proqramının müddəti 3 aydır (saat: 10:00 – 19:00). Bu müddəti uğurla bitirmiş hər bir namizəd şirkətimizdə yüksək maaşlı və bonus proqramlı işlə təmin olunacaqlar.
Öyrənəcəkləriniz:
– Təkliflərin hesablanması
– Təkliflərin hesablanması
– Tur proqramların hazırlanması
– Xarici şirkətlərlə (müştəri) korporativ email yazışmalarının aparılması
– Otel, Restoran, Bələdçi və Sürücülərlə işlərin aparılması və koordinasiyanın həyata keçirilməsi
– Turistlərlə müxtəlif xidmət nöqtələrində kommunikasyanın qurulması və s.

Tələblər:
– Namizəd aşağıdaki dillərdən ən azı İKİSİNİ YÜKSƏK SƏVİYYƏDƏ bilməlidir: ( İngilis, Rus, Hind, İvrit, İspan, Alman ).
– Turizmçi olmağa böyük həvəs olmalı.
– Ünsiyyətcil olmalı.
– Namizəd aşağıdaki dillərdən ən azı İKİSİNİ YÜKSƏK SƏVİYYƏDƏ bilməlidir: ( İngilis, Rus, Hind, İvrit, İspan, Alman ).
– Turizmçi olmağa böyük həvəs olmalı.
– Ünsiyyətcil olmalı.
Qeyd: Nahar yeməyi şirkət tərəfindən təmin edilir.
Zəhmət olmasa yuxarıda göstərilən dillərdən ən azı ikisini bilmirsinizsə, CV göndərməyə ehtiyac yoxdur. Çünki yeganə ciddi tələbimiz məhz dil biliyidir. Qalan bilikləri özümüz öyrədirik.
Maraqlanan şəxslərdən CV-lərini aşağıdaki ünvana göndərmələri xahiş olunur. Zəhmət olmasa CV göndərərkən məktubun başlığında “Incoming – Summer 2019” yazmağı unutmayasınız. Email: gm@turizm.az