Təqdimat hazırlamaq və təqdim etmək üçün 10 qızıl qayda


Təqdimat necə hazırlanmalıdır? Necə təqdim olunmalıdır? deyə suallar varsa ağılınzda, bu məqaləni oxumaqla suallarınıza cavab tapa biləcəksiniz.
Təqdimat hazırlamaq və təqdim etmək üçün 10 qızıl qayda:
  1. Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü təqdim edin
  2. Təqdimatda uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin.
  3. Təqdimatınızın dizaynına xüsusi önəm verin : göz üçün yorucu tünd arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fontda olan yazılardan istifadə etməyin.
  4. Həddindən çox animasiya göz üçün yorucu olduğu üçün, animasiyalardan yerində və düzgün istifadə edin
  5. Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır
  6. Başlıqları adi mətndən fərqləndirin, bötövlükdə böyük hərflərdən, italik sözlərdən, ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin
  7. İstifadə etdiyiniz mənbələri qeyd edin
  8. Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu təqdimat zamanı düzgün idarə edin
  9. Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və təqdimatdan bir başa cümlələri oxumayın, təqdimatın mövzusuna əvvəlcədən hazırlaşın
  10. Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə təşəkkür etməyi unutmayın.

Təqdimat hazırlamaq üçün istifadə edə biləcəyiniz 9 ən yaxşı resurs saytları:

  • http://www.worldofteaching.com– müxtəlif fənnlərə aid hazır dərslər. Dərslər ingilis dilindədir və PowerPoint faylı şəkilindədir.
  • http://www.slideshare.net -hazır təqdimatlar
  • http://www.presentationmagazine.com– hazır təqdimat şablonlar
  • http://www.all-ppt-templates.com– təqdimat hazırlayarkən istifadə edə biləcəyiniz hazır arxa fonlar, şəkillər, fiqurlar, sxemlər.
  • http://www.free-power-point-templates.com/categories/– müxtəlif kataqoriyalar şəkilində hazır təqdimatlar
  • http://pppst.com–  hazır təqdimatlar tapa biləcəyiniz sayt
  • http://www.presentationfx.com/biology.html -hazır PowerPoint şablonları
  • http://ppttemplate.net -hazır PowerPoint şablonları
  • http://www.powerpointstyles.com/category-16-people.html – hazır təqdimat şablonlar
  • Popular posts from this blog

    Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

    Socar AQS Career Fair

    Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!