"Kitabım" - Sosial layihə




Əziz gənc,
Gənclərin İnkişaf Portalının təşkilatçılığı ilə "Kitabım" layihəsi adı altında xeyirxah bir addım atmağa qərar verdik.

Sən "Kitabım" layihəsində iştirak etməklə, oxuyub bitirdiyin bədii kitabları, orta məktəb dərslikləri, abituriyent hazırlıq vəsaitləri və başqalarını ucqar kəndlərdə yaşayan balaca dostlarımıza, həvəskar gənclərimizə göndərməklə, onların faydalanmasına, maariflənməsinə dəstək ola bilərsən.. Məhz sənin dəstəyinlə o məktəblilərin, gənclərin dünyagörüşləri inkişaf edə, bilik və bacarıqları arta və təhsilin müxtəlif səviyyələrinə yiyələnə bilərlər...

Mütləq şəkildə bağışlamaq istədiyin kitabın birinci səhifəsinə həvəsləndirici ürək sözlərini qeyd etməyi unutma. Bu onları daha da ruhlandıracaq.

Son tarix: 1 sentyabr 2019
Daha sonra sənlə əlaqə saxlanılacaq və kitablar təhvil alınacaq...
Kitab bağışlamaq üçün, mütləq şəkildə  qeydiyyatdan keçməyin lazımdır...
Gəlin dünyanı birlikdə gözəlləşdirək...

Qeydiyyatdan keç!

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!