Sıfırdan Sosial Biznesə
Salam, Əziz İzləyicilər.
Sizin sosial biznes ideyanız var və sosial biznes qurmaq istəyirsiniz? Sosial sahibkarlıq haqqında məlumat almaq istəyirsiniz? Sosial bizneslərin xüsusi biznes modellərini, Azərbaycandaki vəziyyətini, perspektivlərini və sosial sahibkarlıq sahəsində xarici proqramlar haqqında öyrənmək istəyərdiniz mi?
Onda Gənclərin İnkişaf Portalı vasitəsilə “Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin təşkil etdiyi növbəti tədbirə xoş gəlmisiniz!
_____________________
Tarix: 9 Mart, 11.00
Mövzu: "Sıfırdan sosial biznesə"
Məkan: Gənclərin İnkişaf və Karyera Mərkəzi (Kaveroçkin küç.30,
ABŞ Səfirliyi ilə üzbəüz binanın ikinci mərtəbəsi,
28 May metrosunun ikinci çıxış tərəfi)
Müddət: 1 saat 30 dəqiqə
Dil: Azərbaycan dili
______________________
Spiker: Sara Rəcəbli
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunan
ilk gənc sosial sahibkar
- "BUTA Art & Sweets" (xüsusi ehtiyacları olan xanımların hazırladığı ev şirniyyatlarının satışını təmin edən Azərbaycanda ilk sosial startup) və "Social Business Youth Center" layihələrinin təsisçisi
- "Yunus & Youth" Sosial Sahibkarlıq proqramına seçilən ilk Azərbaycanlı sosial sahibkar
- Azərbaycan Turizm və Menecment Universitetinin turizm və otelçilik üzrə məzunu
- Almaniyanın Jade Universitetində DAAD təqaüdü ilə təhsil alıb
- 3 dəfə DAAD, 2 dəfə Erasmus+, 2 dəfə Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tatarstan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Kommissiyası və Avropa Şurasının müxtəlif beynəlxalq proqramlarda iştirak üçün təqaüdlərin qalibi
- Azərbaycan Respublikası Gənclər Təşkilatların Milli Şurasının "Gənc Elçilər" proqramın məzunu
- BMT səviyyəsində Azərbaycanı təmsil edən ilk sosial sahibkar
- "One Young World" zirvəsinin elçisi
_____________________
Tədbirdə müzakirə olunacaq:
- Sosial sahibkarlıq anlayışı dünyada və Azərbaycanda
- Sosial bizneslərin 7 prinsipi
- Sosial sahibkarlığa aid xarici proqramlar
- Sosial biznesin idarə olunmasında ən böyük çətinliklər
_____________________
İştirak ödənişsizdir. Yerlər məhduddur.
Qeydiyyat
Qeydiyyat üçün son tarix: 8 Mart, 23.00
Təşkilatçılar haqqında:
"Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM)" nin - əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək məqsədi ilə ölkəmizdə savadlılığın artırılmasında töhfə verməkdir
“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin - əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial bizneslərini yaratmaqda lazımi dəstəyi göstərməkdir.
_____________________
Əlaqə nömrələri:
+994 (50) 726-39-03
+994 (12) 440-51-43
Elektron ünvan:
sbyc.azerbaijan@gmail.com
office@youthacademy.az
