Kazan şəhərində gənclər üçün forum keçiriləcək


Gənclər və gənclər təşkilatlarının nəzərinə!
İslam Əməkdaşlıq Gənclər Forumunun (ICYF) Avrasiya Regional Mərkəzi (ERC) (İslam Əməkdaşlıq Təşkilatına bağlı bir qurumdur) Tatarıstan Respublikasının Kazan şəhərində 20-26 Aprel, 2019-cu ildə təşkil edəcəyi “Kazan OIC Youth Entrepreneurship Forum”-u üçün qeydiyyatı açıq elan edir.
Qeyd edək ki, peşəkar ekspertlər və proqramın məzunları haqqında www.kazanoicstartups.org linkindən məlumat əldə edə bilərsiniz.
Tədbir “Demo-Day” – ictimaiyyətə açıq tədbirlə yekunlaşacaq. “Demo-Day” müddətində startaplara öz məhsullarını investorlara təqdim etmək üçün 3 dəqiqə veriləcək və panel ekspertləri tərəfindən 3 komandaya səs veriləcək. Sonda isə komandalar $10,000-a qədər mükafat qazanacaqlar. Startapların bir qismi “Demo Day” ərzində maliyyələşdiriləcək, digərləri isə müqavilə bağlayaraq davamlılığı təmin edəcək.
Forumla bağlı önəmli detallar:
- Forum 20-26 Aprel 2019-cu ildə Rusiya Federasiyasının, Tatarıstan Respublikasının Kazan şəhərində baş tutacaq;
- Yerli nəqliyyat, qonaqlanma və qidalanma təşkilatçılar tərəfindən qarşılanacaq (hər layihəyə 2 nəfər olmaq şərti ilə);
- Seçilmiş iştirakçılardan nəqliyyat biletlərini özləri sifariş etmə tələb olunur. Təşkilat, iştirakçı tərəfindən göndərilən orijinal qəbzlərə və biletlərə görə beynəlxalq səyahət xərclərini hər layihə üçün 500 ABŞ dollara qədərini geri ödəyəcək;
- Tədbirin rəsmi dili ingilis dilidir.
Son müraciət tarixi: 18 Fevral 2019-cu il
Müraciət etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://kazanoicstartups.org

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!