Bolqaristanda EVS könüllüsü olmaq şansı



Gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin nəzərinə!
Bolqarıstanın Alternativi International təşkilatı qısa müddətlik EVS - Avropa Könüllük Xidməti üçün könüllülər axtarır.
Layihənin adı: Volunteering 4 Strategic Development (Strateji İnkişaf üçün Könüllülük)
Məkan: Blaqoevqrad, Bolqarıstan
Müddət: 8 May - 4 İyul 2019 (59 gün)
Son müraciət tarixi: 1 Mart 2019-cu il
Könüllülük Xidməti barədə qısa məlumat:
Gənclərin ehtiyaclarına cavab olaraq, Alternativi komandası yerli gənclər üçün öz fikirlərini ifadə etmək, mədəni və sosial fəaliyyətlərinitəmin etmək, məsləhət və məlumat əldə etmək, könüllülük yanaşmasını inkişaf etdirmək, eyni zamanda, idman, mədəniyyət, rəqs, musiqi, gənclər üçün kitabxana və sənətkarlığı özündə birləşdirən bir alternativ gənclər mərkəzi - mədəni və təhsil mərkəzi yaratmışdır. EVS könüllülərinin rolu Mərkəzin fəaliyyətini dəstəkləmək və sosial, mədəni, təhsil tədbirlərinin təşkili, gənclərin fəallığı və könüllülük maraqlarını təşviq etməkdən ibarətdir.
Qeyd edilən könüllülük xidməti aşağıdakı məqsədləri özündə birləşdirir:
- Gəncləri cəlb etmək və bir sıra xidmətlər və məlumatlar təklif etmək üçün effektiv və davamlı bir model yaratmaq
- Mədəniyyət modelini dəyişdirmək
- Qeyri-formal dərs proqramlarını və mütaliəni təbliğ etmək, eyni zamanda, gənclərin fəallığı və könüllülük fəaliyyətinə daha çox gənci cəlb etmək.
- Boş vaxtlarını səmərəli keçirmək üçün gəncləri alternativ fəaliyyətlərə cəlb etmək
Seçim iki mərhələdən ibarət olacaqdır:
1) CV-lərinizi "Short-term EVS" başlığı altında elektron məktub vasitəsilə international@nayora.az və evs@alternativibg.org ünvanına göndərin.
2) Ətraflı məlumat bölməsində yerləşdirilən Google formdan qeydiyyatdan keçin.

Popular posts from this blog

Təlim: Dəyişən proqramlaşdırma trendləri və alqoritmlərin önəmi: Virtual süni intellektlər

Socar AQS Career Fair

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər!