Avropa Parlamentinə növbəti TƏCRÜBƏ səfəri | Brüssel şəhəri
Azərbaycan Respublikasının Gənclər Fondu BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏCRÜBƏLƏRİNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ AVROPA PARLAMENTİNƏ (Brüssel şəhəri) NÖVBƏTİ TƏCRÜBƏ SƏFƏRİ ilə bağlı ərizələrin qəbulu üçün müsabiqə elan edir
Təcrübə səfəri haqqında:Müsabiqə çərçivəsində 16-29 yaş arasında olan Azərbaycan Respublikası vətəndaşları beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 18 may 2019-cu il tarixindən 16 iyun 2019-cu il tarixinədək Avropa Parlamentinə (Brüssel şəhərinə) 1 aylıq təcrübəyə göndərilir.
Avropa Birliyi ilə artıq razılaşdırılan təcrübə proqramını gənclərin diqqətinə təqdim edirik:
19 may
- Ümumi məlumatlandırıcı görüş
- Şəhər turu
20 may
- Avropa İttifaqı barədə məlumatlandırıcı görüş
- Avropa Parlamentinə ilk ziyarət
21 may
- Avropa Parlamenti barədə məlumatlandırıcı görüş
- Avropa Parlamenti seçkiləri barədə araşdırma
22-23 may
- Avropa Parlamenti seçkiləri barədə araşdırma
- Tədbirlərin təşkilində köməkliyin göstərilməsi
24 may
- Qiymətləndirmə seminarı
26 may
- Avropa Parlamenti seçkilərinə həsr olunmuş ziyafətdə iştirak
27 may
- Avropa Parlamenti seçkiləri ilə bağlı aparılan ictimai müzakirələrdə iştirak
28 may
- Avropa Parlamenti seçkiləri ilə bağlı aparılan ictimai müzakirələrdə iştirak
- 28 may Respublika gününün qeyd edilməsi
29 may
- Avropa Parlamenti seçkiləri ilə bağlı aparılan ictimai müzakirələrdə iştirak
3-7 iyun
- Avropa Parlamentinin siyasi qruplarının yaradılması ilə bağlı təşkil edilən daxili görüşlərdə,
- Mətbuat konfranslarında,
- Avropa Parlamentinin rəsmi və qeyri-rəsmi tədbirlərində,
- Açılış sərgisində iştirak
10-14 iyun
- Avropa Parlamentinin siyasi qruplarının yaradılması ilə bağlı təşkil edilən daxili görüşlərdə,
- Mətbuat konfranslarında,
- Avropa Parlamentinin rəsmi və qeyri-rəsmi tədbirlərində iştirak
17-20 iyun
- Avropa Parlamentinin siyasi qruplarının yaradılması ilə bağlı təşkil edilən daxili görüşlərdə,
- Mətbuat konfranslarında,
- Səfirliklə görüşdə,
- Əməkdaşlıq konfransında iştirak
21 iyun
- Bağlanış ziyafəti
Müsabiqəyə müraciət qaydası:Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını (SƏFƏR QRANTI/Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirak (Brüssel)) müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Müsabiqə əsasında seçim zamanı gəncin təhsil göstəriciləri və dil bilikləri əsas götürüləcəkdir.
Müsabiqənin müddəti:18 fevral 2019-cu ildən – 04 mart 2019-cu il saat 18:00-dək müraciətlər qəbul ediləcəkdir. Fond tərəfindən müraciətlərə 18 iş günü ərzində baxılacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
Müsabiqəyə ərizə təqdim etmək hüququ olan şəxslər:Müsabiqəyə orta təhsili bitirmiş və ən az bakalavr təhsilinin 2-ci və daha yuxarı kurs tələbəsi olan,16-29 yaş arası Azərbaycan Respublikasının vətəndaşları, müraciət etdiyi təşkilatın işçi dilini bilən gənclər burada göstərilmiş ərizə formasını müvafiq qaydada doldurub, təqdim edə bilərlər.
Müsabiqə üzrə dəstəklənən xərclər:Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədi ilə təcrübə səfərində iştirak edənlərin xərcləri dəvət edən beynəlxalq təşkilatın ödəmədiyi ehtiyac üzrə aşağıdakı xərclər qarşılanır:
- viza xərcləri;
- tibbi sığorta xərcləri;
- yaşayış (yataqxana, gündəlik qida və digər) xərcləri;
- yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərcləri.
