ADDIM - 6 il sizinlə
Əziz "ADDIM"çılar,
21 fevral, saat 15:00-da Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə Bakı Konqres Mərkəzində "ADDIM" Gənclər Təşkilatı 6 yaşını qeyd edəcək.
Tədbirdə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında çəkilmiş "İki Yad Adam" filmi nümayiş olunacaq.
Qeyd edək ki, bu, filmin Vyana, Pekin, Tiflis, Astanada təqdimatından sonra Bakıda ilk böyük ictimai nümayişidir.
Tədbirə giriş yalnız dəvətnamə və qeydiyyatladır. Qeydiyyatdan keçmək üçün "ADDIM"ın sosial şəbəkələrdəki akkauntlarına müraciət edə bilərsiniz.
Təhlükəsizlik qaydalarına riayət məqsədilə qonaqlar ad, soyad və ata adını öncədən bizə bildirməli, gələrkən isə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Uğurlu ADDIMlar!
