Posts

Showing posts from July, 2019

“Yaylaq Könüllü Düşərgəsi” başlayır!

Image
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı növbəti geniş layihəsi olan “Yaylaq Könüllü Düşərgəsi”nə müraciət qəbuluna start verir. 29 iyul-2 avqust tarixində olacaq layihə 4 gecə 5 gün ərzində Gəncə, Göygöl, Goranboy, Şəmkir regionlarında davam edəcək. Düşərgənin məqsədi gəncləri aqrar sahə ilə tanış etmək, aqrar sahəyə yeni düşüncə tərzi gətirmək, bu sahədə biliklərin və araşdırma qabiliyyətlərinin artırılması, aqrar təhsilinin təbliği, səfər ediləcək regionlarda müasir təsərrüfat müəssisələrilə tanış etməkdir. İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiz. Qeyd edək ki, iştirakçı sayı məhdudur və yalnız qeydiyyat formasını dolğun şəkildə dolduran müraciətçilər müsahibəyə dəvət ediləcəklər. Qeydiyyat üçün son tarix :17 iyul, saat 18:00 dur. Qeydiyyat üçün keçid: https://forms.gle/6rhbEAqx79xxJnWD8

Bakıda gənclər arasında gender bərabərliyinin təbliğinə dair layihə çərçivəsində ikigünlük təlimlərə start verilib

Image
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) reallaşdırdığı “Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi çərçivəsində iyulun 6-da Gənclərin İnkişaf və Karyera Mərkəzində Bakıda və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri üçün təlimlərə start verilib. AzGİP xəbər verir ki, təlimlərin məqsədi gənclər təşkilatlarının gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə onların fəallığına nail olmaq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədinə daxil olan hədəfləri təbliğ etməkdir. Bu hədəflərə dünyada qadınlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarına son qoymaq, insan alverinin, erkən və məcburi nikahın aradan qaldırılması və s. problemlərə qarşı mübarizə aparmaq daxildir. GTMŞ-in sədri Məryəm Məcidova çıxış edərək #bərabərimkanlar həştəqi ilə reallaşdırılan layihənin məqsədi və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirib ki, Dayanıqlı ...

Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir

Image
3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə  "Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması”  adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə başladı. Layihənin tədbirlər proqramına uyğun gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi – informasiya sessiyası Sabirabad rayonunda keçirildi. Sabirabad Gənclər Mərkəzində başlayan 3 günlük tədbirin rəsmi açılışında rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edirdi. Qonaqları salamlayan və təlimə uğurlar arzulayan N. Quliyev bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsb...

Tələbələrə yeni iş imkanı!

Image
Dostlar, British Language Center də axşam saatlarında, həftənin 6 günü (18.00-21.00) bizə reception lazımdır. Ingilis dilləri orta səviyyədə tələb olunur, Rus dili biliyi arzu olunandır, ofis proqramlarını bilməsi vacibdir. Təcrübə lazım deyil, işi özümüz öyrədirik. 2 həftə sinaq müddəti olacaq. Cins fərqi yoxdur, əsas işi tez götürən, məsuliyyətli və həvəsli biri olsun. Maas- 150 AZN olacaq. Fikrimcə, yay aylarında işləmək və ofis mühitində təcrübə yığmaq istəyən tələbələr üçün yaxşı imkandır. Cv-lerinizi info@ dilkurslari.az ünvanına reception başlığı ilə göndərə bilərsiniz.